Bakıda növbəti dəfə ağaclara qarşı soyqırım edilib
Bu dəfə yaşıllığın məhv edilməsi Xətai rayonunda qeydə alınıb. Belə ki, metronun Əhmədli stansiyasının yaxınlığında, iki yolun ortasında yerləşən bağda əkilən ağaclar məhv edilib. Həmin ərazi hasara alınıb.
Vaxtı ilə sözügedən ərazidə 30-dan çox ağac olsa da, sonradan bundan əsər-əlamət qalmayıb. Ağacların kəsilməsi prosesi başa çatandan sonra icra başçısı Razim Məmmədovun göstərişi ilə həmin əraziyə gil tökülüb. O, bununla kəsilən ağacların izini itirməyə nail olub.
Qeyd edək ki, Sarayevo küçəsi metro stansiyaya yaxın ərazi olduğuna görə bura ticarət üçün əlverişli hesab olunur. Bu səbəbdən də həmin ərazidə tikilən obyektlər baha qiymətə icarəyə verilir və ya satılır. Hasarlanan ərazi isə təxminən 4 sotu əhatə edir/yenicag.az.
Hakimiyyet.Az