Bu il oktyabrın sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.ğ

Palitika.Az xəbər verir ki, R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bu haqda məlumatı olke.az saytı yayıb. Son xəbərə görə, Rəhim Həsənov hər həftənin şənbə-bazar günləri Gürcüstana gedərək küllü miqdarda psixotrop maddə əldə edirmiş.

Azxeber.com yazıb ki, Rəhim Həsənov Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin xüsusi tapşırığı ilə bu addımı atırmış və onun avtomobili yoxlamasız sərhəd ərazisini keçirmiş.

Maraqlıdır ki, DGK-da Rəhim Həsənovun xüsusi imtiyazları olub və onu Aydın Əliyevin yaxın adamı kimi tanınıb.

Bu həbsin də Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməsi yazılanları təsdiqləyir.

Məlumdur ki, Rəhim Həsənovun qanunsuz əməlləri haqda Aydın Əliyevin məlumat olub və hətta iddiaya görə ona tapşırıqları da Aydın Əliyev verib.

1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb.

Həbsdə olan digər gömrük polkovniki Namiq Canıyevdir. Keşlə gömrük postunun rəisi olan N.Canıyev Türkiyədə həbs edilib.

O, “Lotu Quli”yə sui-qəsddə ittiham edilib. İstanbul həbsxanasında olan gömrük polkovniki Rövşən Lənkəranskinin qardaşıdır.

Maraqlıdır ki, bu il gömrük orqanlarından iki polkovnik Türkiyə və Gürcüstanda həbs ediliblər. Onlar gömrük orqanlarında işlədiyi dövrdə hansı əməllərin sahibləri olduqları üzə çıxır.

Keşlə gömrük postunun rəisi olan N.Canıyevin Türkiyədə həbsindən 1 aydan çox vaxt keçir.

Amma bu müddət ərzində Dövlət Gömrük Komitəsi heç bir açıqlama yaymayıb. Komitə post rəisinin vəzifədə saxlanıb-saxlanmadığını şərh etmir.

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifova sui-qəsd ittihamı ilə həbs edilən N.Canıyevin qardaşının qisasını almaq istəyibmiş. Amma N.Canıyev adamları ilə birgə həbs edilib.

Hətta gömrük rəisinin görüntüləri də yayımlanıb. DGK isə öz əməkdaşının barəsində bir aydan çoxdur ki, susur.

Bunun səbəbi də açıqlanmır. Hər halda komitə rəsmi münasibət bildirməklə ona yönəlik suallara son qoya bilər.

İkinci tərəfdən, komitə sədri Aydın Əliyev üçün heç də yaxşı il olmadı. Onun iki polkovniki müxtəlif ittihamlarla həbsdədirlər – özü də qonşu ölkələrdə…

Onsuz da N.Canıyevin azadlığa buraxılacağı da gözlənilmir, vəzifəyə qayıdışı da. Əksinə, həbsi dövründə Lənkəranskinin qardaşının “Lotu Quli” ilə mübarizə aparacağı istisna edilmir.

İstanbul polisi açıqlama verdiyi halda DGK susur və məsələnin arxasındakı mahiyyətin detalları gizlədilir.

Paylaş