Son zamanlar bir qrup xarici dövlət Azərbaycanın müstəqil siyasət yürütməsinə dözümsüzlük nümaiş etdirməklə yanaşı rəsmi Bakıya qarşı əsassız, yalan, qərəzli böhtan üzərində qurulmuş siyasi təxribatlar aparır.
Təəsüflər olsun ki, Bakıya qarşı bu məkirli siyasətin aparıcı qüvvəsi dövlətçiliyimizi, milli-mənəvi maraqlarımızı, şəxsi maraqlarına və müxtəlif üsullarla göndərmiş pullara qurban verən QHT və özlərini müxalif sayan siyasi qüvvələrin rəhbərləridir.
Siyasətdə xəyanətlə qalıb gəlməyi qarşılarına məqsəd qoyan bu şəxslər anti-azərbaycan siyasəti aparan dövlətlərin kəşfiyyat orqanlarının əməkdaşları ilə qonşu ölkələrin ərazilərində rahat şəkildə ünsiyyətə girir və tapşırıqlar alırlar. Gözəl Bayramlı və Əfqan Muxtarlı olayları bir daha sübut etdi ki, Azərbaycanın mustqilliyini qəbul etməyən dairələr öz təxribatçı planlarını məhz bu üsulla həyata keçirirlər.
Məlum həbslərdən sonra erməni lobbisi tərəfindən maliyyələşdirilən şəxslərə Ağalar Daşqın adlı şəxs rəhbərlik etməyə başlamışdır. Göründüyü kimi Ağalar Daşqın, Əfqan Muxtarlıya və Gözəl Bayramlıya nisbətən “təcrübəli xəyanətkardır” belə ki, o öz işini daha etibarlı tutaraq xarici kəşfiyyat qurumları tərəfindən seçilmiş şəxslər olan Emin Hüseynov və Anar Məmmədovla birgə fəaliyyət göstərməyə başlamışdır.
Qeyd etmək lazımdır ki, bu üçlük ölkə daxilində yalnız xüsusi şəxslərlə əlaqəyə keçir və təxribatçı planları müzakirə edirlər. Bunların Azərbaycana qarşı təxribat xarakterli çıxış etmələrinin arxasında düşmənlərə qulluq etmək amili dayanır. Yaradılmış şəbəkənin fəaliyyəti Dövlətimizə qarşı xəyanətdən savayı başqa bir şey deyildir.
Hazırda bu qüvvələr ölkə xaricində olan müxtəlif qruplarla iş birliyindədir. Həmin qruplarda anti-azərbaycan mövqeyindən çıxış edirlər. Bura ayrı-ayrı ölkələrdən olan məmurlar, siyasətçilər, kəşfiyyat qrumları və QHT-lər daxildir. Bunlar bir məkəzdən idarə olunur və məqsədləri yaxın gələcəkdə Azərbaycanda vətəndaş qarşıdurması yaratmaqdır.
Göründüyü kimi Ağalar Daşqın, Emin Hüseynov, Anar Məmmədov və şəbəkənin digər üzvləri başqa ölkələrin maraqlarına qulluq edir və onların xüsusi tapşırıqlarını icra etməyə çalışırlar.
Təəssüf ki, xarici ölkələrin xüsusi xidmət orqanları erməni lobbisi ilə birgə Azərbaycan dövlətçiliyinə təxribatlar aparır. Yəqin ki, Hüquq mühafizə orqanları bu xəyanətkar şəbəkəyə qarşı ölçü götürəcəkdir. Hakimiyyət.Az
korrupsiya.az