Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi təşəbbüsü yuxarılarda “qurbağa gölünə daş atıb”.
SİAM.Az-a verilən məlumata görə, iqtidar kulislərində mövqelərin haçalanması bu struktur islahatı ideyasını gerçəkləşdirməyi yubadır.
Gömrük generalları, inhisarçılar və köhnə qvardiya nümayəndələri komitənin nazirliyə birləşdirilməsinə qarşı çıxır.
Onlardan biri də “Broker” MMC rəhbəri Əbülfəz Məlikovdur. Ə.Məlikov gömrüklə vergilərin bir platforma altında fəaliyyət göstərməsindən əndişələnib. 

Buna səbəb islahatçı nazir imici qazanan Mikayıl Cabbarovun gömrükdə monopoliyanı ləğv edəcəyi gözləntisidir. Ən azından Ə.Məlikovun fəaliyyətini qadağan edəcəyi qorxusu var. 
Ona görə də “Broker” MMC-nin təmsil olunduğu düşərgə gömrüklə verginin bir çətir altında birləşməsinə imkan vermirlər.
Amma ölkədə sahibkarlığın vəziyyəti, prezidentin çoxsaylı fərmanlarına baxmayaraq, iş adamlarının hələ də üzləşdiyi süni maneələr qeyd-şərtsiz olaraq gömrük sisteminin vergilərlə birləşməsini zəruri edir.
Üstəgəl, dövlət başçısının yüksək etimadını qazanmış M.Cabbarova gömrük sektorunun verilməsi onun islahatları bu sahədə də davam etdirəcəyinə əminlik yaradır.
Sadəcə, naxçıvanlı generallar və fövqəladə hallar naziri Kamaləddin Heydərovun gömrük üzərində nəzarəti tamamilə aradan qaldırılmalıdır. Millət vəkilləri də belə bir struktur islahatına zərurət olduğunu qeyd edirlər.
Hökumətin yeni idarəçilik sistemində sözügedən iki qurumu birləşdirəcəyi gözləniləndir. Artıq prezidentə nazirliklə komitənin birləşdirilməsi barədə layihə təqdim olunacaq və struktur dəyişikliyinin iqtisadi amilləri əsaslandırılacaq.
Bu dəyişiklik sahibkarların da ürəyincədir. Çünki gömrük komitəsi və onun inhisarçı brokerləri iş adamlarının “dərisinə saman təpirlər”.
O baxımdan Ə.Məlikov kabusunu yalnız M.Cabbarov yox edə bilər. Ə.Məlikovun adı təkcə inhisarçılıqda, sahibkarların başına oyun açmaqda, milyonları mənimsəməkdə hallanmayıb.
Onun monopolist fəaliyyətindən əlavə MTN işində də adı keçib. General Akif Çovdarov aclıq elan etməzdən əvvəl onun saxlanıldığı BİT-ə “peredaça” göndərənlər də olub.
SİAM.Az-a verilən məlumata görə, dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər.
Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə.Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.
“Trans Broker” MMC əməkdaşları onların ölkəyə gətirdikləri məhsullardan əldə edə biləcəkləri ehtimal olunan gəlirin 60-70 faizini əvvəlcədən rüşvət olaraq tələb edirlər. Belə bir vəziyyət dünyanın heç bir gömrük sistemində müşahidə olunmur.
Üstəlik, bu qədər rüşvətdən sonra iş adamları gətirdikləri malın qiymətlərini rəsmi bəyənnamələrdə bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirməyə təhrik edilirlər.
Beləliklə növbəti dəfə cinayətə imza atılaraq dövlət büdcəsindən milyonlarla vəsait yayındırılır. 
Bütün baş verən qanunsuzluqlarda isə “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir.
Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.
Əldə etdiymiz məlumata görə Anar Allahverdiyev Əbülfəz Məlikovun xalası oğlu olmaqla yanaşı, həmçinin sirli “Broker” MMC-nin rəhbərinin gizli “kassası”dır.
Anar Allahverdiyevin xarici banklarda, xüsusən də ABŞ-ın kiçik və orta səviyyəli banklarında çoxlu sayda hesabları var və bu hesablarda Əbülfəz Məlikova aid olan pullar saxlanılır.
Elə Anar Allahverdiyevin də tez- tez ABŞ-a səfəri də bunula əlaqəlidir. 2010-cu ildən başlayaraq Anar Allahverdiyev Əbülfəz Məlikovun gizli “kassası” olaraq çalışmaqdadır. 

“Broker” şefinin “kassa”sı – Anar Allahverdiyev
ABŞ-a və Avropa ölkələrinə tez-tez səfərləri isə “Broker” MMC-nin xətti ilə treninqlərdə iştirakı ilə əlaqələndirilir.
Əslində isə Anar Allahverdiyevin əsas işi Əbülfəz Məlikovun pullarını xaricə daşımaq və orda etibarlı şəkildə yerləşdirməkdir. Bunun üçün isə bir sıra offşor şirkətlərdən istifadə oluduğu qeyd olunur.
Anar Allahverdiyevlə bağlı məlumatlı mənbənin bildirdiyinə görə Əbülfəz Məlikovun gizli “kassası”nın özünə aid olan çoxlu sayda mülkləri həm xaricdə, həm də, Bakıda var.
Təkcə onu demək kifayətdir ki, Anar Allahverdiyevin Göyçayda 500 hektar əkin sahəsi və ölkəninin müxtəlif görməli yerlərində, o cümlədən Bakı şəhərində onlarla villası var.
Ə. Məlikovun yaxın çevrəsinə daxil olanlar dövlət başçısının bu tələblərini də qulaqardına vurararaq harın həyat tərzi keçirirlər.
Məsələn, Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına qazandığı milyonlarları əsl ərəb şahzadələri kimi xərclədiyini demək olar.
Anar Allahverdiyev öz bahalı əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun “sağ əli” “Broker” MMC-nin “pulları”nı kef məclislərinə xərcləyir.
İddia edilir ki, bu şəxs “Broker” MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada bir ayda 200-300 min manat xərcləyir.
Ə.Məlikovun öz oğlu da əyləncələrinə görə heç də A.Allahverdiyevdən geridə qalmır. Onun Gürcüstanda, digər xarici ölkələrdə təşkil etdiyi kef məclisləri barədə ilginc məlumatlar verilir.
Belə məclislərdə xəsislik etməyən Ə. Məlikovun oğlu atasının milyardları hesabına dəbdəbəli həyat tərzi keçirir.
Siam.az 

Paylaş