Bu dəqiqılırdə etibarlı mənbədən məlumat aldıq ki, “Təzadlar”ın tənqidi yazısından sonra Ekologiya və Təbii Sərvətlr Nazirliyinin mütəxəssisləri dərhal hadisə yerində olublar və Asif Cahangirovun qardaşının ağac kəsən adamları külli miqdarda cərimələnib… Və çox maraqlıdır, Prezident ağac kəsimi ilə bağlı son çıxışında məmurlara bir daha ciddi xəbərdarlıq etdi. Amma… Mövzu diqqətimizdədir… 
***4 mkr Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxdı
“İTV-nin əməkdaşları isə saxtalıq edərək dağıdılan yaşıllıq ərazinin yerinə, 5 saylı məktəbin qarşısında ağacəkmə aksiyasını çəkib göstərirlər ki, Nəsimi RİH-in başçısı quruculuq-abadlıq işləri ilə məşğul olur…”
…Dünən redaksiyamıza Nəsimi rayonu 4-cü mkr. Əliisgəndər İsgəndərov küçəsində yerləşən binaların bir qrup sakinləri gələrək bizi yaşadıqları əraziyə dəvət etdilər. Həyəcanla bildirdilər ki, “Gəlin öz gözlərinizlə görün 40-50 ilin ağaclarını necə qırıb tökürlər? Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar”.
***
Əlbəttə, sakinlərin şikayətinə biganə qala bilməzdik. Ona görə də təcili olaraq onların müşaiyəti ilə deyilən ünvana yollandım.
Bəli, doğrudan da hər tərəfi binalarla əhatə olunmuş böyük bir yaşıllıq ərazidə traktor işləyirdi. İri gövdəli ağaclar qırılıb daşınır, yaşıllıq və istirahət yeri olan ərazi artıq tikinti meydançasına çevrilib. Ə.İsgəndərov küçəsinin 1, 3/1, 7, 5, 3, 1a binanın sakinləri professor Asəf İsgəndərov, 76 yaşlı ağsaqqal Mübariz Mirzəyev, İlham Məmmədov, Asif Məmmədov, Mahmud Cəfərov və digər sakinlər gördüklərindən dəhşətə gəlmiş və yana-yana bunları söylədilər:
– Dərdimizi kimə deyək bilmirik. Bu ərazi 70-ci illərdə böyük bir zibilxana idi. Sakinlərin əməyi sayəsində bura abadlaşdırıldı, çoxsaylı Eldar şamları, Küknar ağacları əkildi. Sonradan bu əraziyə 150 ədəd meyvə ağacları əkdik. Onların meyvələrindən hamı bəhrələnirdi. Uşaqlarımızın istirahət və gəzintisi məhz bu ərazidə olurdu. Birdən-birə o boyda yaşıllığı darmadağın etdilər. Belə haqsızlıq olarmı? “İctimai Televiziya”ya müraciət etdik, gəldilər. Lakin saxtakarlıq edərək gedib 3-4 bina o tərəfdə olan, 5 saylı məktəbin qarşısında ağacəkmə aksiyasını çəkib göstərdilər ki, bəs Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov quruculuq-abadlıq işlərini həyata keçirir. Belə saxtakarlıq olar? İctimaiyyətin dərdini deməyən belə “İctimai Televiziya” kimə lazımdır?
***
Sakinlərdən onu da öyrəndik ki, ərazidə N.Rəfibəyli adına uşaq kitabxanası və onun zəngin kitab fondu var. Sakinlərdən İlham Məmmədov bildirdi ki, “həmin kitabxanada Ulu öndər Heydər Əliyevin imzaladığı kitablar da var. İndi həmin kitabxananı da bu tikintiyə qurban verirlər”.

“Sakinləri qorxudub sakit dayanmaları üçün “Paşa İnşaat” Şirkətinin adından istifadə edirlər, bildiyimiz qədər həmin şirkətin bu tikintiyə aidiyyəti yoxdur…”
NƏSİMİNİN İCRA BAŞÇISI KİMDİR: ASİF ƏSGƏROV, YOXSA QARDAŞI?!-YENİLƏNİR
NƏSİMİNİN İCRA BAŞÇISI KİMDİR: ASİF ƏSGƏROV, YOXSA QARDAŞI?!-YENİLƏNİR
Sakin Asif Məmmədov isə bunları dedi: “Sakinlərin şikayətinə reaksiya verən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov əraziyə gəlib və sakinlərə belə bir söz verib: “Sizə kim deyib ki, burada yaşayış binası tikiləcək? Yanlış məlumatdır. Belə bir şey olsa, qorxmadan deyirəm: burada park salınacaq. Bunu tam səmimiyyətimlə deyirəm”. Ancaq sonrakı gedişat göstərdi ki, icra başçısı bizimlə söhəbətində səmimi olmayıb”.
NƏSİMİNİN İCRA BAŞÇISI KİMDİR: ASİF ƏSGƏROV, YOXSA QARDAŞI?!-YENİLƏNİR
Aydınlaşdırmaq üçün sakinlərdən soruşdum ki, bəs bu tikintini aparan kimdir və nə tikirlər? Cavab verdilər ki, onlar sakinləri qorxudub sakit dayanmaları üçün “Paşa İnşaat” Şirkətinin adından istifadə edirlər, deyilənə görə həmin şirkətin bu tikintiyə aidiyyəti yoxdur. Onlar dedilər ki, “T” şəkilli tikiləcək 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirir.
Mən də çox cəhd etdim ki, bu barədə dəqiq məlumat öyrənim. Lakin bu, hələ mümkün olmayıb. Araşdırmamız davam edir.

Sakinlər Mehriban xanım Əliyevaya müraciət edəcəklər…
NƏSİMİNİN İCRA BAŞÇISI KİMDİR: ASİF ƏSGƏROV, YOXSA QARDAŞI?!-YENİLƏNİR
NƏSİMİNİN İCRA BAŞÇISI KİMDİR: ASİF ƏSGƏROV, YOXSA QARDAŞI?!-YENİLƏNİR
“Bəs ərazi üzrə deputatınıza müraciət etmisinizmi?” – sualıma 76 yaşlı ağsaqqal Mübariz Mirzəyev belə cavab verdi: “Bala, biz deputatımızın adını bilmirik. Səs verəndə şəklini görmüşdük, qəşəng bir xanımdır, deyilənə görə həm də həkimdir. Seçkidən sonra əraziyə bircə dəfə də gəlməyib, sakinlərlə görüşməyib, problemlərini dinləməyib. Ona görə də deputatımızı tanımırıq”.
Məlumat üçün bildirək ki, həmin ərazi 21 saylı Nəsimi birinci seçki dairəsinin 16-cı məntəqəsinə düşür. Sonradan öyrəndik ki, bu ərazidən deputat seçilən YAP-ın namizədi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızıdır. Çox təəssüf edirik ki, millət vəkili Məlahət xanım ona səs vermiş insanların bu fəryadına biganə yanaşır. Hər halda millət vəkili bu barədə mövqeyini öyrənməyə çalışacağıq.
Sakinlər böyük ümidlə, az qala yalvarışla bildirdilər ki, onların dərdinə əlac edək. Onlar Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət qəbul ediblər. Növbəti yazımızda təqdim ediləcək… Əlbəttə, biz hökumət qurumu deyilik və əlimizdə qələmdən başqa heç bir silahımız yoxdur. Ancaq sakinlərin istirahəti, balaca uşaqların bundan sonra harada oynayacağı hər kəsi maraqlandırmalıdır. 5-6 binanın əhatəsində yeganə yaşıllıq və istirahət yeri həmin ərazi idi ki, onu da darmadağın ediblər. Ekologiya Nazirliyinin nümayəndələri də buradakı yaşıllığın dağıdılmasına biganə qalmayacaq yəqinki… Ərazidəki güclü elektrik yarımstansiyasını isə, bölüşdürüb iki yerə quraşdırıblar. Adətən elektrik yarımstansiyaları yaşayış binalarından uzaqda olmalıdır. Amma hər iki yarımstansiya yaşayış binalarının düz tinində quraşdırılıb ki, bu da gələcəkdə böyük təhlükə yarada bilər. Daha bir təhlükə isə hasara alınmış, giriş qapısının alt hissəsindədir. Belə ki, həmin yerdən ağır tonnajlı yük maşınları tikinti materialları daşıyır, altından isə yüksək gərginli elektrik xətti və su boruları keçir. Tezliklə bunun da fəsadları görünəcək. Çünki ağır yük maşınlarının təkərləri həmin yeri dağıdıblar və elektrik xətti ilə, su borusunun üzə çıxmağına bir şey qalmayıb. İndi bilmirəm, partlayış elektrik xətti vasitəsilə olacaq, yoxsa səsləri heç yerə çatmayan binəva sakinlərin qəlbində. Amma inanırıq ki, ən yüksək instansiyada bu məsələ araşdırılacaq və günahkarlar tezliklə cəzalanacaqlar.
Yazımı isə ağsaqqal Mübariz Mirzəyevin sözləri ilə bitirmək istəyirəm: “Biz həmişə Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləmişik. Birinci vitse prezident Mehriban xanım Əliyevanın imkansızlara, kimsəsizlərə göstərdiyi qayğı və diqqət qəlbimizi həmişə fərəhlə doldurub. Prezident cənab İlham Əliyev həmişə iclaslarda məmurlara tapşırıq verərək, deyir ki, əsas işiniz xalqa xidmət olmalıdır. İndi sizdən xahiş edirəm ki, bizim bu səsimizi hörmətli Prezidentimizə və Mehriban xanıma çatdırın. Qoy bilsinlər ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Prezidentin göstərişinin əleyhinə gedərək, xalqa xidmət etmək əvəzinə, onlara problem yaradır. Onun qardaşının burada göydələn tikdiyini fəhlələr də danışır… Xahiş edirəm mənim fikirlərimi olduğu kimi yazın”.
Biz sakinlərin fikirlərini olduğu kimi yazdıq. Əks tərəfdən müraciət edən hər kəsin mövqeyini də dərc etməyə hazırıq.
Sakinləri dinlədi: Elçin MƏMMƏDLİ
P.S. Araşdırma davam edir. Və bu gün sakinlərdən biri zəng vurub dedi ki, “Asif Əsgərovun qardaşını burada neçə dəfə görüblər, xəlvətcə gəlib-gedir. Yoxsa başçı Asif Əsgərov adi şikayətə görə durub bura gələrdimi???”/OlkeXeber.Az/

NƏSİMİNİN İCRA BAŞÇISI KİMDİR: ASİF ƏSGƏROV, YOXSA QARDAŞI?!-YENİLƏNİR

 
Paylaş