Bunu Qlobal.Az-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov aprel ayının 11-ə təyin olunan Prezident seçkilərinə münasibət bildirərkən deyib.
Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyev cənablarının Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərdiyi xüsusi diqqətdən də söz açıb:” Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatına Prezident İlham Əliyev cənabları daim xüsusi diqqət bəsləyib. Möhtərəm Prezidentimiz çıxışlarında da daim deyir ki, veteranlar, şəhid ailələri dövlət orqanlarının diqqət və qayğısı ilə əhatə olunmalıdır. Biz bu diqqət, qayğını həmişə görmüşük. Bu gün dünya odun-alovun, terrorun, müharibələrin məngənəsində didilir. Azərbaycanda isə ictimai-siyasi sabitlikdir. Ölkədə iqtisadi yüksəliş ildən-ilə davam edir. İnsanlar asanlıqla işləyə, yaşaya, yarada bilirlər. Azərbaycan artıq regionun super dövlətinə çevrilib. Regionumuzda heç bir siyasi-iqtisadi layihə Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilə bilmir. Əlbəttə ki, bütün bu uğurlara məhz Prezidentimiz İlham Əliyev cənablarının yorulmadan apardığı qətiyyətli, prinsipial, əsaslı və müdrik siyasəti nəticəsində nail olunub”.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının iki aydan sonra Respublikada baş tutacaq Prezident seçkilərində aktiv iştirak edəcəyini vurğulayan polkovnik C. Xəlilov İlham Əliyevi dəstəkləyəcəklərini deyib.