Bakının Nizami rayonu, 250 saylı tam orta məktəbdə 2017-ci ilin sentyabrından direktor vəzifəsi boşdur
Bu barədə FİA.Az-a göndərilən məktubda qeyd olunub. Məktub müəllifi yazıb ki, hazırda direktor vəzifəsini ibtidai siniflərə baxan direktor müavini Əfşan Əliyeva əvəz edir.
“Əfşan Əliyeva direktor əvəzi olandan sonra elə bil neçə illərdir bizimlə birgə işləyən adam deyil.
Belə ki, dərsi olan müəllimləri bir bir çağırır və bildirir ki, “dərsiniz çoxdur, ona görə də sizdən alıb başqasına verəcəm”. Və elə də edir.
Dərslərimizi alıb pul aldıqlarına paylayır. Həmin müəllimlərdən biri bu yaxınlarda Təhsil Nazirliyinə və Bakı Baş Təhsil İdarəsinə müraciət etdiyindən Daxili Nəzarətdən yoxlama gəldi, müəyyən araşdırmalar apardı və getdi.
Heç bir nəticəsi də hələ ki yoxdur. Hələ əksinə olaraq Əfşan Əliyeva bizi yığaraq bildirdi ki, mən bilirəm şikayət edənlər hansı müəllimlərdir.
Bildirdi ki, bütün kollektiv cərimələnir. Ona görə də başladı bizdən pul yığmağa, bildirdi ki, yoxlama elə-belə getmədi, cibimdən onlara haqq hesab vermişəm, siz də verməlisiniz”.
Məktubda deyilir ki, Bakı Təhsil İdarəsinin rüşvət almasına inanmırlar: “Eyni zamanda onu da bildiririk ki, artıq 1 aydır yoxlamanın nəticəsi yoxdur.
Əfşan Əliyeva da hər dəfə bizi təhdid edərək ən çox işlətdiyi ifadəni işlədir və deyir ki, “Görürsünüz? Dəvədən böyük fil var. Mənə heç kim bata bilməz!
Hələ bu yaxınlarda direktor təyinatımı da alacam. Siz kimsiniz ki, məni idarənin rəisi Məhəbbət Vəliyevaya şikayət edirsiniz?”
Onu da bildirək ki, Əfşan Əliyeva özünə maksimumdən artıq dərs saatı yazıb. Ancaq heç dərslərə də girmir. Bilirsiniz ki, mövcud nazirin əmri ilə direktor və direktor müavinləri dərs deməməlidirlər.
Ancaq Əfşan Əliyeva bu qanunsuzluqları da edir. Əgər özünə xeyli dərs yükü yazırsa niyə bəs başqa müəllimlərin əlindən dəsləri alır?
Əfşan Əliyeva 11-ci siniflərin 70-80 faizindən rüşvət alaraq onların dərsə gəlməməyinə şərait yaradır”.
FİA.Az-a göndərilən məktubda qeyd olunub ki, məktəbdə təmir adıyla müəllimlərdən pul yığılır.
Əliyeva tapşırıq verib ki, sinif rəhbərləri imkanlı valideyinlərin siyahısını tutsunlar, onlardan da pul yığılsın.
Əfşan Əliyeva müəllimləri yığdı və iclas keçirərək bildirdi ki, məni Anar Ələkbərov tapşırıb. Ona görə də məni heç kəs çıxarda bilməz.
Əfşan Əliyeva direktor əvəzi olandan sonra onun Ələddin adlı həyat yoldaşı gəlib oturur məktəbdə və bir neçə saat müzakirələr aparırlar.
Hətta deyilənə görə Əfşan Əliyevaya yaxın olan Ələddin Əfşan Əliyevanın oturduğu otağa çağırıb onlara təlimatlar və göstərişlər verib.
Əfşan Əliyeva direktor əvəzi təyin edilən günlərin ilk həftəsində onun həyat yoldaşı Ələddin gəlir 2-3 saat oturur və axşam saatlarında məktəbdən xeyli avadanlıqlar maşınlarının arxasına yükləyib aparırlarmış.
Əfşan Əliyevanın həyat yoldaşı Ələddin vaxtı ilə məktəb direktoru işləyib və onu qanunsuz əməllərinə görə hələ xeyli əvvəl işdən çıxarıblar. Görsənir Əfşan Əliyeva həyat yoldaşının təcrübəsindən yaxşı bəhrələnmək istəyir.
Biz öz ad və soyadlarımız yaza bilmirik. Yəqin ki, bizi başa düşərsiniz. Sizdən xahiş edirik ki, bu məlumatları media orqanınızda yerləşdirin ki, heç olmasa sizin sayənizdə biz bədbəxtlərə bir gün ağlayan olsun”.