Iİlk öncə xatırlatmaq yerinə düşər ki, bütün tədbirlərimizdə tədbiri açıq elan etməmişdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir. Daha sonra, canımız Azərbaycanın uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Əziz izləyicilərimizə  bəhs edəcəyimiz bu tədbirdə isə gördüklərimiz bizi sarsıtdı.

Badamdar qəsəbəsində yerləşən Pullman Oteldə “Show production” 5 yaşını qeyd etdi. Ümüd TV olaraq əməkdaşlarımız da həmin tədbirdə iştirak etdi.

Həmin tədbirə bir çox media nümayəndələri, müğənnilər və idmançılar təşrif buyrmuşdu. Bu tədbirin digər tədbirlərdən fərqi onda idi ki, tədbir, yarıçılpaq vəziyyətdə geyinmiş modellerin səhnəyə daxil olması ilə başladı. Hal bu ki, bütün Azərbaycan mediasi həmin gün vətənimiz uğrunda canından keçmiş şəhidimiz-milli qəhrəman Mübariz İbrahimovun ad günü münasibəti ilə keçdiyi həyat yolundan danışırdı.

5 yaşını qeyd edən  “Show production”nın başı isə, yarıçılpaq modellərin mənzərəli nümayişlərinə elə qarışmışdı ki, şəhidlərimizin və həmin gün ad günü qeyd olunan şəhid-Milli qəhrəmanımızın  əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmələri belə yadlarına düşmədi.   Yarı-çılpaq  Modellərin  yarı-cilpaq geyimləri ilə etdikləri nümayişlərdən sonra isə mükafatlandırma mərasimi keçirildi.  Mükafata laiq görülənlər sırasında sevilən bəstəkar Sevinc Tofiqqızıda yer almışdı. Tədbirin sonunda  “Show production”nın  yadına düşən vətənpərvər bəstəkar Sevinc Tofiqqızının Azərbaycan bayraqı ilə səhnəyə çıxması ilə başlayan  çıxışı,  ibrətamiz olaraq hər kəsə bu tarixin ən önəmli hadisəsini xatrlatdı.

Xanım bəstəkar ilk olaraq musiqinin tam oaraq kəsilməsini xahiş etdi. Daha sonra, “Mən, bu çıxışı tədbirin əvvəlində etməli idim, amma mənə indi söz verildiyi üçün məcburam indi deyim sözlərimi. Bu gün Azərbaycanın fəxri, xalqı, vətəni üçün canından keçən şəhidimiz Mübariz İbrahimovun doğum günüdür. Hər kəsdən xahiş edrəm, ayğa qalxın və şəhidimizin ruhunu bir dəqiqəlik sukutla yad edək”.  Bəstəkarın bu çıxışından sonra milli qəhrəmanımız, şəhid  Mübariz İbrahimovun ruhu  tədbirin sonunda…1 dəqiqəlik sükutla yad edildi.

Daha sonra Aysu Əhmədovanın ifasında, sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiqızına aid olan “Can Qarabağ” musiqisi ifa olundu.

Tədbirdən olan sözügedən kadrı sizə təqdim edrik. /utvinfo.org/

Fəridə Nizamiqızı

Müqabil Hüseynov /ÜMÜD TV

 

 

 

 

 

 

 

 

 


Paylaş