Bu yazı ilə həm də Zakir Qaralova, Mədət Quliyevə, Ramil Usubova müraciət edilir:
Sizin adınızla bağlı olan bir məsələdən kimsənin alver predmeti etməsinə müsadə etməyin!!!
Fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və DİN əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalovun evindən 2 ədəd – “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, eyni zaanda həmin evin həyətyanı hissəsində 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Yuxarıda qeyd edilənlər hüquq-mühafizə orqanları tərəfindən yayılmış rəsmi açıqlama idi. Məsələyə günün reallığı və redaksiyamıza daxil olmuş informasiyaları tutuşdurmaqla baxınca əslində ciddi bir portret meydana gəlir: Polad Zeynalov kriminal məktəb direktoru, yaxud radikal müxalifərçi kimi tanınan Laçın Cəfərovun kürəkəni, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun tabeçiliyindəki komanda üzvü… Maraqlıdır, Ağdam rayonunun I Yüzbaşılar kənd orta məktəbinin direktoru olan bu şəxs barəsində ölkənin əksər saytlarında dəfələrlə ciddi nöqsanları və cinayət hərəkətlərini əksetdirən tənqidi yazılar dərc edilməklə kifayət qədər faktlar ictimailəşdirilib. Hətta direktorun yatırmaz fəaliyyətinə görə, Təhsil Nazirliyi Ağdam rayonunda Audit yoxlamalar da aparıb. Direktora isə bütün bunlara rəğmən sadəcə şiddətli töhmət elan edilib. Yayılan rəsmi açıqlamada evindən silah-sürsat çıxmış bu adamın elə yaşadığı kəndin orta məktəbinin direktoru olması qeyd edilmir. Niyə? Məlumatlı şəxsin bildirdiyinə görə, Zeynalovlar ailəsini arxayın edən hüquq-mühafizə orqanlarında işləyən yüksək rütbəli bir çinovnik bildirib ki, məsələnin həllinə çalışacaq. Elə buna görə də, DİN-ə Ağdam RPŞ tərəfindən məruzə edilərkən bu şəxsin məktəb direktoru olması hissəsi gizlədilərək rəhbərliyə düzgün məlumat verilməmişdir və DİN-in açıqlamasında da bu barədə məlumat öz əksini tapmır. Məqsəd isə Ağdam RİH-nin başçısı Raqub Məmmədovun qudası olan rayon prokuroru vasitəsi ilə Plad Zeynalova qarşı həbs-qətiimkan tədbirinin seçilməməsi, ardınca isə cinayət işi məhkəməyə yüngül formada yollanılaraq Ağdam Rayon Məhkəməsində cərimə edilməklə, onun yenidən öz işini davam etdirməsi planlaşdırılır. Ancaq DİN-in Mətbuat Xidmətinin açıqlaması, ardınca bir neçə saytın əslində bu şəxsin kimliyinə işıq salmaları əsl həqiqətləri meydana çıxarmış oldu. Bunlar bəlkə də DİN-in də açıqlama verəcəyini gözləmirmişlər. Çünki hətta Polad Zeynalovun həbs edilməməsi və bu işin bağlanması üçün dünən axşam saatlarında külli miqdarda pul alındığına dair də informasiyalar var. Hər halda bütün bunlara “48 saat”ın tamamında evində “Naqan” tapançası və iki ədən digər markalı silah, həyətində əl qumbaraları, mərmi və müxtəlif güllələr saxlayan Polad Zeynalova qarşı həbs-qətiimkan tədbirinin seçilib-seçilməməsi aydınlıq gətirəcək. Sonda Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova, DTX-nın rəisi Cənab Mədət Quliyevə və DİN rəhbəri Cənab Ramil Usubova müraciət etməklə, bu məsələni nəzarətdə saxlamalarını, onların rəhbərlik etdikləri qurumların timsalında onların adları ilə bağlı heç kimin alver etməsinə, hansısa oyun oynamasına müsadə etməmələrini, milli dövlətçiliyimizə qarşı təhdid sayıla biləcək silah-sürsatları saxlayan digər şəxslərə də ibrət olması səbəbindən güzəşt edilməməsini rica edirik.
Mövzuya qayıdacağıq… /dunyapress.info/
E.Məmmədli
Korrupsiya.az
Paylaş