Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovun adamları “Buta Palace”ı talayırlar

FİA.Az mediaya istinadla xəbər verir ki, federasiya prezidentinə tapşırılan saray onun adamlarının əlində əsir-yesir olub.

Gənclər və idman naziri Azad Rəhimovun sağ əli hesab edilən E.Zeynalov İtaldizain Holdinq »in əsas səhmdarlarından biridir.

1996-cı ildən bugünə qədər “Italdizain” Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.

Şirkət isə A.Rəhimovundur və 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən nazir bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.

Ancaq nazirin federasiya rəhbərinə həvalə etdiyi böyük saray E.Zeynalovun adamları tərəfindən dağıdılır.

Bu saray Gənclər və İdman Nazirliyinin sifarişi ilə serblər tərəfindən inşa olunub. Bir vaxtlar mötəbər dövlət tədbirləri keçirilən bu yer indi şadlıq evinə çevrilib.

Bu sarayı üç dost – Mikayıl Zeynalov, xalası oğlu Həmid Məhəmmədyar və dostları Oqtay Məmmədov işlədirdilər. Onlar E.Zeynalovun yaxınlarıdır.

Üç dost əvvəlcə “Buta Palace”ı nazirlərin və deputatların məkanına çevirməyə nail olurlar.

Belə aydın olur ki, onların maxinasiyalarının üstü açılır və oğurluq 6 ay çəkir. Belə ki, dövlət tədbirlərinin birində bu maxinasiyanın üstü açılır.

M.Zeynalov, H.Məmmədyar sonuncu şərik dostları olan O.Məmmədovu “günah keçisi” çıxararaq qurban veriblər.

FİA.Az mediaya istinadla xəbər verir ki,
 hazırda yenə də “Buta Palace”da qanunsuz işlər çevirən, pul yeməkdə ittiham edilən bu şəxslər işçiləri də incidirlər.

Bu günlərdə “Buta Palace”da mühafizəçilərdən biri özünün yandıraraq intihara cəhd etmək istəyib.

Həmin mühafizəçi Rövşən Bayramovdur. Deyib ki, rəhbərliyin diskoteka olan günlərdə pul alıb biletsiz içəri müştəri buraxmasının şahidi olub.

Ona görə də eyni işi özü də görüb. Maaşının azlığına görə bu addımı atmağa məcbur olub ki, qazansın. Çünki rəhbərlik də eyni cür edirmiş. Ancaq onu işdən çıxardıblar.

Bundan əlavə, tədbir vaxtları öz adamlarına şərait yaradırlar. Onlar da qazandıqlarını müdiriyyətlə bölürlər.

Nəzərə almaq lazımdır ki, bu sarayda prezident və I vitse-prezidentin tədbirləri keçirilir.

Fövqəladə hallar naziri Kamaləddin Heydərovla Elçin Zeynalov qudadırlar. Nazirin oğlu Nicat Heydərov onun qızını alıb.

Qeyd edək ki, Qapalı Tipli Səhmdar Cəmiyyəti kimi yaranan “İtaldizayn Group” gənclər və idman naziri Azad Rəhimova məxsus holdinq kimi tanınır.

Nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olan Rəhimov Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib.

«İtaldizain Group» da 1996-cı ildə Bakıda İtaliya mətbəx avadanlığını Azərbaycan bazarına gətirməklə keyfiyyətli xidmət təklif edən bir ticarət şirkəti olaraq yaradılıb.

Ancaq sonradan şirkətin fəaliyyət dairəsi və bazara təqdim etdiyi məhsulların çeşidi genişlənib. 1998-2006-cı illərdə isə “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov biznesdə böyük uğurlar əldə edib.

Təsadüfi deyil ki, «İtaldizain Group» bu gün 25-ə yaxın şirkət, salon və butiki özündə birləşdirən holdinqə çevrilib.

Bundan əlavə Elçin Zeynalovun vaxtilə Azərbaycan Kommunust Partiyasının I katibi işləmiş Kamran Bağırovun yaxın qohumu olduğu da bizə verilən məlumatlar sırasındadır. Yəni, Elçin Zeynalovun da həm ailəsi, həm də özü ölkənin ictimai-siyasi, biznes elitası tərəfindən tanınır.

Paylaş