Daxil olan məlumata görə, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru yeni bir üsula əl atıb.

Belə ki,artıq neçənci dəfədir ki, Rəna Süleymanova məktəbin yuxarı sinf şagirdlərinə evlərində müxtəlif şirniyyatlar bişirib məktəbə gətirmələrini,bu bişirilib gətirilən şirniyatların məktəbin daxilində sərgi təşkil edərək,yenə də bu məktəbin şagirdləri tərəfindən pulla alınması “kompaniyası”keçirir.Məlumata görə, bu gün də Rəna Süleymanova belə bir bazar təşkil edib.
Qeyd edək ki, bu məktəbdə iki minə yaxın uşaq təhsil alır.Dirkektorun tapşırığı ilə sifif rəhbərləri şagirdlərə keçiriləcək aksiyada satılan şirniyatları almaq üçün hər uşağın 4 AZN gətirməsin tapşırıb. Misal əgər bu məktəbdə 500 uşaq 3 AZN dəyərində sərgiyə şirniyat gətirsə, deməli sərgiyə 1500 AZN dəyərində mal çıxarılır.1500 uşaqdan da 4 AZN-dən pul yığılırsa bu da 6 min AZN deməkdir.
Sərgidə uşaqlardan toplanan 6 min Azn və üstünə gəlsək 1500 AZN dəyərində gətirilmiş şirniyatları da gəlsək,deməli bir sərgidə Rəna Süleymanova 7500 Azn vəsait toplayır.Bundan başqa keçirilən yarmarkada “yardım” adı ilə qoyulan yardım qutusuna atılan könüllü pulları da hesablasaq,təqribi 8 min AZN vəsaitin yığıldığın görmək olar.Marqlısı budur ki, bu yığılan vəsaiti Rəna Süleymanova kimə və yaxut da kimlərə kömək etmık üçün toplayır.
Daxil olan məlumata görə, dəfələrlə Rəna Süleymanovaya bu məktəbdə təhsil alaın uşaqların ailələri “yarmarkada toplanan pulları hara və kimə xərcləyirlər” sualı verilsə də, buna dəqiq məlumat verilmir.
Rəna Süleymanovanın bu “yarmarka”sı ilə bğalı geniş araşdırmanı yaxın günlərdə təqdim edəcəyik.  (Veteninfo.az)

Paylaş