Maliyyə Nazirinin “vuran əlləri” ilə bağlı ölkə mətbuatında bir çox məlumatlara rast gəlmək olur

Əsas da bu məlumatlarda söhbət son bir neçə ildə verilən tenderlərdən başlayaraq nazirin “vuran əlləri” tərəfindən bir neçə “podstavnoy” şəxsin oliqarxa çevrilməsindən gedir.

Yəni, nazirin “vuran əlləri” ictimaiyyətin gözünə kül üfürərək bu şəxslərdən oliqarx obrazı yaradıb ki, guya onlar gördükləri islərdə əvəzolunmazdılar.

Fia.az xəbər verir ki, 365info.az saytına daxil olan məlumata görə nazirin “sağ əllərindən” biri olan Rzayev Xaqaninin kurasiyasında yuxarıda qeyd etdiyimiz bir neçə oliqarxlar cəmləşib. Onların şirkətləri Xaqani Rzayev tərəfindən onlara verilən tenderlərdə hər zaman qalib gəlir.
Ancaq son vaxtlar həmin oliqarxlardan bəziləri Xaqani Rzayevin mobil telefon nömrəsinə dəfələrlə zəng etsələr də, nədənsə Xaqani Rzayev onların zənglərinə cavab vermir.

Bir sözlə, həmin “podstavnoy” oliqarxların sözləri ilə desək, “deyəsən Xaqani bizi “stayankaya” çəkib. Bu belə olmasa çox güman o bizim telefon zənglərimizə cavab verərdi.” Həmin oliqarxların dediyinə görə, “Xaqani Rzayev vaxtı ilə onlarla ballı tabaka yeyəndə deyirdi ki, qardaşıq, indi isə zənglərmizə cavab vermir”. Və bu narazılıqların son ünvanı əlbəttə ki, mətbuat olur.Bax elə bu gün həmin oliqarxlarda Xaqani Rzayevə qarşı narazılıq yarandığı üçün, onunla bağlı məlumatlar mətbuata verilib.

Yaxşı, gəlin baxaq görək Xaqani Rzayev kimdir və Maliyyə Nazirliyində hansı vəzifənin sahibidir?!

Rzayev Xaqani İslam oğlu Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsini daşıyır. Hətta bu şəxs “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ancaq onun tutduğu vəzifə bilavasitə sosial tikintilərlə bağlı olduğu üçün o istədiyi şəxsi tender qalibi etdirib “podstavnoy” oliqarxa çevirməyə qadirdir.

Məsələ ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verən olmadı.

Paylaş