Korrupsiya.Az-a Göyçayda fəaliyyət göstərən 200 nəfər kiçik sahibkar tərəfindən şikayət məktubu daxil olub.

Belə ki, bir neçə ay əvvəl Göyçayda fəaliyyət göstərən 200 nəfər kiçik sahibkar fəaliyyət göstərdikləri “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-yə (kənd təsərrüfatı bazarına) qarşı 7 aydan çox təzyiq göstərən Göyçay RİH-nin Başçısı Mehdi Səlimzadə, Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mahir Abdurrahmanov, Göyçay Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səhliyar Mikayılov və digər yerli qurumlar barədə şikayət ünvanlamışdılar. Şikayətdə qeyd olunmuşdur ki, “icra başçısı M. Səlimzadənin göstərişləri ilə dəfələrlə onlara qarşı hücumlar təşkil olunub və qarşıdurmağa yaratmağa cəhd edilmişdir. Eyni zamanda M. Səlimzadə “AVA-N” MMC-nin rəhbərliyi tərəfindən öz şəxsi maraqlarını təmin edə bilmədiyi səbəbindən onların və ailələrinin taleyi ilə də oynamaqdan da çəkinməyib. O, və ona tabeçilik göstərən yerli məmurlar Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək böhtan xarakterli tələblərlə çıxış edərək onların dolanışıq yeri olan bazarın fəaliyyətinə son qoymağı qərara alıblar”. Həmçinin şikayətçilər qeyd ediblər ki, “Göyçay rayonunda hər cür pisliyə imza atmış M. Səlimzadə nəinki bizi həbs etdirər, hətta güllələdər də! Amma biz sahibkarlar da ailəmizin çörəyini hansısa harınlamış məmurlara güzəştə getmək niyyətində deyilik”. Bununla yanaşı kiçik sahibkarlar ölkə başçısından onlara arxa-dayaq durmağı, qayğılarına qalmağı və ən əsası onları Mehdi Səlimzadə zülmündən xilas etməyi artıq dərəcədə xahiş ediblərmiş.

Sahibkarlar qeyd edir ki, bizim kollektiv müraciətimizdən 2 həftə keçməmiş icra başçısı Mehdi Səlimzadə üstümüzə polisdən ibarət bir ordu göndərdi və bizi zor gücünə küçəyə ataraq “küçə ticarəti”nə sövq etdi. Günlərlə, həftələrlə nə normal şərait tapa bildik, nə də ki, ailəmizin güzəranı üçün vəsait qazana bildik. Bu cür gedişlə 500 kiçik sahibkarın ən azı yarı hissəsi sıradan çıxaraq işsiz duruma düşdü. Normal ticarət imkanı olmadığından hər gün ziyana uğramaqla əldə olan sərmayəni də xərcləyib qurtardıq. 2 aydan yuxarı müddətdir ki, biz ölkə başçısı tərəfindən icra başçısı Mehdi Səlimzadənin cəzalandırılmasını gözləsək də, heç bir müsbət nəticə olmadı. M. Səlimzadə hər çıxışında özünü prezidentin qohumu kimi təqdim edərək ona qarşı olan hər kəsin sonuna çıxacağını bəyan edir.  Bu hala çox məyus olduğumuzdan mətbuata üz tutaraq xahiş və tələblərimizi buradan ifadə etməyi məqsədə uyğun hesab etmişik.

1) İsmayılov Elxan İsmayıl oğlu 9) Əlizadə Elman Əvəz oğlu

2) Abbasov Fərhad Hüseyn oğlu 10) İsmayılov Telman Nuru oğlu

3) Nəcəfov İlham Səməd oğlu 11) Qəniyev Nurlan Əlisurət oğlu

4) Babayev Bağır Mamed oğlu 12) Qarayev Əfqan Həmid oğlu

5) Qurbanov Vaqif Həmid oğlu, 13) Cəfərov Ariz Nəcəf oğlu

6) Abdullayev Famil İsmayıl oğlu 14) Səlimov Arif Məmməd oğlu

7) İsmayılov Məbud Güləhməd oğlu 15) Vəlixanov Fizuli Aydın oğlu

8) Rəhimov Vüsal Bəhruz oğlu 16) Seyidov Söhrab Şəmi oğlu və digər 200 nəfər.

Paylaş