Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib.
NUH.az-a daxil olan məlumata görə, 2017-ci iln dekabrında Rəhim Zalov Gəncə univermağının qarşısında xidməti maşını iıə qəza törədərək vətəndaşı vurub.
Mənbənin məlumatına görə, Zalovun vəzifədən uzaqlaşdırılmasının səbəblərindən biri də Gəncə ŞBPİ-nin rəisi Faiq Şabanovun oğlu Hüseyn Şabanovla bağlı yol nəqliyyat hadisəsini gizlətməsi olub.
Məlumat üçün bildirək ki, Hüseyn Şabanov Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmovun kürəkənidir və hazırda Binəqədi polis idarəsində çalışır.
Mənbə bildirir ki, prezident seçkilərindən sonra Gəncə BPİ-də ciddi dəyişikliklər olacaq.