“Sabina Perfumery & Cosmetics” mağazalar şəbəkəsinin bu gün aksiya keçirdiyi haqda məlumat yayılıb.

İnsider.az-ın əməkdaşı məsələ ilə bağlı şirkətin Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən filialı ilə əlaqə saxlayıb.

Ad və soyadını deməkdən imtina edərək, özünü mağazanın müdiri kimi təqdim edən şəxs bu gün şəbəkənin nə qeyd edilən ünvanında yerləşən, nə də digər filialllarında aksiya keçirildiyini bildirib.

Lakin “Sabina Perfumery & Cosmetics” mağazalar şəbəkəsinin rəsmi saytında fevral ayının 20-27-ə olan tarixdə bəzi məhsullara endirim aksiyası keçirildiyi qeyd olunur.

Artıq “Facebook” və “Instagam” səhifələrinin istifadəçiləri kampaniyanın keçirilməsi ilə bağlı şərh bölmələrində öz iradlarını bildiriblər.

Xatırladaq ki, bu gün Azərbaycan xalqının tarixinə ən qanlı soyqırım kimi düşmüş Xocalı faciəsinin 26-cı ildönümüdür.

Paylaş