Sumqayıt sakinkəri şəhərin  “Bələdiyyə parkı”nda tikilən restorana görə yaşıllıqlar məhv ediləcəyindən narahatdır

“Sumqayıtın “Bələdiyyə parkı”nda restoran tikən “Qaçqınkom” sədri Əli Həsənovun oğludur”. Bu barədə Sumqayıt şəhər sakini Vaqif Məmmədovun bir qrup vətəndaş adından “AzPolitika.info”ya göndərdiyi şikayət məkubunda məlumat verilir. Məktubda Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun oğlunun Sumqayıt şəhərinin 6-cı məhəlləsində, “Bələdiyyə parkı”nda yerləşən məşhur “Green Park” restoranının ərazisində böyük bir yaşıllıq zolağını məhv edərək, yerində restoran tikdirdiyi bildirilir. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

Mətbuatda Sumqayıtda vaxtaşırı olaraq “yaşıl soyqırım”ın baş verməsi haqda tez-tez yazılar dərc olunur və əksəriyyəti də həqiqəti əks etdirir. Son zamanlar isə Sumqayıtda yaşıllığa qənim kəsilməkdə Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yaxınlarının da adı hallanır.

eli hesenov

Məsələn, bir müddət əvvəl, fevralın 24-də musavat.com saytında “Əli Həsənovun nəvəsi Sumqayıtda yaşıllığı məhv edir” adlı yazı dərc olunmuşdur. Həmin yazıda bildirilir ki, Sumqayıt sakinlərindən şikayət daxil olub: ”Sakinlərin dediyinə görə, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. Bildirilir ki, 50-dən artıq şam ağacı kəsilib. Şəhər sakinləri deyirlər ki, bu ağacların yaşı çoxdur, Sovet dövründə əkilib. Musavat.com-un araşdırması zamanı yaşıllığı məhv edən şəxslərin kimliyi üzə çıxıb. Saytımıza daxil olan məlumatda bildirilir ki, yaşıllıqları məhv edən və yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludur. Bu soyad oxucuya tanış gəlirmi? İlk baxışda xeyir! Amma əməkdaşlarımız araşdırıb, öyrəniblər ki, Emil Həsənli baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidi. O da məlum olub ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Təsəvvür edin, yaşıllığa məsul olan şəxsin yaxın qohumu on illərlə yaşı olan ağacları kəsib, məhv edir”.

Bu yaxınlarda isə məlum olub ki, Sumqayıtın 6-cı məhəlləsində, “Bələdiyyə parkı”nda yerləşən, məşhur “Green Park” restoranının ərazisində də çoxillik küknar ağacları kəsilib. Ərazidə qalan ağaclar isə mühasirəyə alınıb. Çox güman bir müddətdən sonra təzə obyektə mane olan ağaclar da yerli-dibli məhv ediləcək.

Bildirilir ki, təzə tikilən bu obyektin sahibi isə Əli Həsənovun oglu, Binəqədi polisində yüksək vəzifə tutan Emin Həsənovdur. 2017-ci ildə “Qaçqınkom”un sədri Əli Həsənovun oglu şəhərin mərkəzində, çox gözəl və sakit guşədə yerləşən “Green Park” restoranını alandan sonra onu söküb və yerində hal-hazırda qırmızı kərpicdən 2 mərtbəli möhtəşəm bir restoran tikir.

2

Qeyd edək ki, adıçəkilən obyekt, keçmiş  “Green Park” restoranının ərazisi olan bu yer Sumqayıt Şəhər İcra Hakimiyətinin binasından çox da uzaqda deyil, şəhər Polis İdarəsinin düz yanında, təzə tikilən şəhər prokurorluğunun inzibati binasının yaxınlığında, YAP-ın Sumqayıt təşkilatının kecmiş binasının düz qabağında yerləşir. Yəni görülən işlər, bu obyektin inşası zamanı baş verən neqativ hallar tam göz qabağında, özü də görün “haraların” “kimlərin” yanında baş verir. Bildiyimiz kimi, adi vətəndaş icazəsiz burada heç zaman daşı daş üstə qoya bilməz. Burda necə deyərlər, ancaq Əli muəllimin övladları və nəvələri yaşıllığı mühasirəyə alaraq, obyekt tikə bilərlər…
Obyektin yeni fotolarından göründüyü kimi, ərazidə tikilən restoran isə çox möhtəşəm olacaq.

Bu qədər ağacın məhv edilməsini yəqin ki, Əli müəllimin qardaşı, şəhərdə “yaşıllığa baxan” İlyas Həsənov (Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi) ört-basdir edir. Bir müddətdən sonra mühasirəyə alınmış bu çoxillik küknar ağaclarının aqibətinin necə olacağını təsəvvür etmək elə də çətin deyil. Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xəbərsizdir. Ona görə də hörmətli icra başçısına müraciət edərək bildiririk ki, yəqin o “Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən “yaşıl soyqırım”a vaxtında “stop” deyəcək. Yoxsa mühasiriyə alınan onlarla çoxillik, nadir növ ağaclar diblərinə ağ neft töküləndən sonra artıq gec olacaq. Və ümid edirik ki, bu məsələni Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi də nəzarətə götürüb, diqqətdə saxlayacaq…”

P.S. Məktubda yazılanlarla bağlı Emin Həsənovun, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyini işqlandırmağa hazırıq.

2

956

5 q2qa3qa4qa

Paylaş