Ölkədə yaşanılan iqtisadi böhran bir sıra dövlət qurumlarını qənaət rejiminə keçməyə vadar etdi. Onların sırasında Dövlət Neft Şirkəti də ilk yerdə dayandı.
DİA.AZ bildirir ki, amma görünəni, bunun tam əksi oldu. SOCAR da qənaətcilliyi təbliğ edənlər sırasında ilk yerdə dayananı oldu. Təbii ki, dövlətə bağlı layihələrdə.
Amma SOCAR-ın bəzi işbaz məmurları var ki, onlar özlərinə bağlı yaşam tərzlərində hansısa QƏNAƏT REJİMİNƏ keçidi ağıllarının uclarına belə gətirmirlər. Elə əvvəlki yüksəkxərclərlə əhatələnmiş yaşam modunu davam etdirirlər.
DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə bildirir ki, SOCAR`ın Sosial məsələlər üzrə vitse-prezidenti olan Bədəl Bədəlov da belələrindəndir. Məsələn Bədəlovun oğlu Elçin Bədəlov Günəşli Neft yatağında baş verən faciədə itgin duşən neftçilərin nəşi tapilmamiş sosial şəbəkələrdə özünün bahalı avtomobilləri ilə şəkillərini paylaşır.
Bunun həm də bir mənəvi tərəfinin olması sirr deyil. Ən azından atasının sərvəti ilə başqa bir vaxtda da öpyünmək olardı.
Amma burada bir məqam daha qabarıq formada diqətə gəlir: tələbə olan bir gənc qiyməti yuz minlərlə olan belə bir avtomobili hansı pulla almışdır – sualı yaranır?! Hətta deyilənlərə görə hazırda yuxarıda adı çəkilən məmurun aylıq paketi 50.000$`dır və bununla bitmir təbii ki, onun Binəqədi rayonu Vorovski kimi tanınan hazırda M.Rəsulzadə qəsəbəsi adlanan varlılar məhəlləsində tikilmiş evləri, xaricdə tikdirdiyi evləri, turizm şirkətləri və bir neçə digər sahələrə yönəlmiş şirkətləri vardır. 600-800 manat civarında aylıq gəliri olan Bədəlovun oğlu da öyünməsin, kim öyünsün…
Amma bunu başqa vaxt da edə bilərdi. Səbr edib, dənizdə hələ də axtarışları davam edən neftçilərimizin hamısının nəşinin tapılmasını gözləyə bilərdi. Şünki onun atasının pulları məhz həmin neftçilərin həyatları bahasına başa gəlir…legion.az