Bu günlərdə jurnalist Eynulla Fətullayev “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanovu ifşa etdi

FİA.Az-ın yaydığı xəbərə görə, jurnalist sosial şəbəkədə C.Qurbanovu ittiham edib.

“Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı?

“Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.

Guya Cavid olmasaydı biz “Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək!

Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır.

Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”

 Məlum olub ki, Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkarlanmışdı. 

Bndan əlavə, tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil.

Baxmayaraq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi

Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək.

Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi “bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır.

“Elyar Muradovun, Rəhman Babaşovun, Hikmət Quliyevin özbaşınalıqlaırndan ASC sədrinin birbaşa xəbəri var və bu qrupun qanunsuz əməllərindən əldə olunan gəlirlərdən Azərbyacan Dəmir Yolları ASC-nin sədrinə də pay çatır”.

“Azərbaycan Dəmir Yollaır ASC-də vəziyyət tamam başqa cürdü.Yəni Cavid Qurbanov hər gün keçmiş rəis Arif Əsgərovun atasına yüz dəfə rəhmət oxutdurur”. Bu sözlər liderinfo.az-da çap olunmuş şikayət məktubundandır.

Bakı Dəmir yolu deposunda Rəhman Babaşovun, Sərnişin Daşınmalar Departamentinin rəisi Elyar Muradovun, onun müavini Hikmət Quliyevin və digərlərinin əlbir olaraq qanunsuzluqlar etməsi, qurumda işləyən xanım işçilərə qarşı əxlaqa sığmayan təkliflər etmələri və korrupsiya faktları barədə saytımıza göndərilən məktubu oxucularımıza çatdırılmışdı.

ASC-də baş alıb gedən korrupsiyadan, qanunsuzluqdan Cavid Qurbanovun nəinki xəbəri var, hətta bu işləri birbaşa özü idarə edir.

Cavid Qurbanov Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla çox yaxın münasibətlərə malikdirlər və hər zamanda bir yerdə olurlar.

Sitat: “Cavid Qurbanov ASC sədri olduqdan sonra bizim əmək haqqılar 3 dəfə aşağı düşdü. Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar. Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alırlar”.

ASC-də hər kəs yaxşı bilir ki, Bakı Deposunda Rəhman Babaşovun rəhbərliyi altında hər ay yüz min manatlarla vəsait silinərək mənimsənilir. Rəham Babaşovun krişası Elyar Muradov isə silinən vəsaitin bir hissəsini ASC sədri Cavid Qurbanova verir.

Cavid Qurbanova Elyar Muradova Rəhman Babaşova sual vermək lazımdır ki, rezerv vaqonlardakı xanım qatar rəisləri və bələdçiləri niyə 400-500 manat əməkhaqqı alır?

  Cavid Qurbanov gələndən sonra Dəmir Yolları ASC-də özbaşınalıq, korrupsiya bir neçə dəfə çoxalıb.

Cavid Qurbanovun bu vəzifəyə gəldiyi gündən işi gücü pul yığmaqdır. Əgər bu belə olmasaydı, ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxslərlə bu gun birlikdə addımlamazdı.

Amma biz görürük ki, Cavid Qurbanov onlardan əl çəkmir və bu münasibətləri daha da istiləşdirir.

Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri avtomobilə minənə qədər müşayiət edirlər.

Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın.

Əslində bu şaiyə yox faktdır. Məhz ASC-nin binasına gəlib saatlarla Cavid Qurbanovun qəbulunda gözləyib onunla görüşə bilməyənlər çox vaxt bina girişinin qarşısında dayanıb ASC sədri ilə görüşəcəyinə ümid edir.

Ancaq ASC sədrinin “quyruqları” onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər.

Ətrafının Cavid Qurbanovu toplu şəkildə avtomobilinə qədər müşayiət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şikayətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir.

Məlumatda qeyd olunur ki, Bakı-Zaqatala qatarını bələdçi xanımlar depoda öz şəxsi hesablarına boyalayıblar. Depo rəisi Rəhman Babaşov və Elyar Muradov açıq aşkar deyib ki, narazılıq edənlər işləri ilə vidalaşacaq.

 
Paylaş