Prezident seçkilərindən sonra SOCAR-da ciddi kadr dəyişikliklərin olacağı ilə bağlı məlumatlar yayılıb.
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayıl yaxın adamını, daha konkret Cəbrayıl Cəbrayılovu adı bir müddət əvvəl qalmaqalda hallanan SOCAR-ın vitse prezidenti Rəhman Qurbanovun yerinə hazırlayır. Bu isə SOCAR-da vitse-prezidentlər arasında münasibətləri gərginləşdirib.
Sayt yazır ki, Cəbrayıl Cəbrayılov Rəhman Qurbanovun yerinə göz dikib və hazırda bu postu əldə etmək üçün əlindən gələni edir və onun vitse-prezident olması üçün Mikayıl İsmayılovun ciddi dəstək verdiyi deyilir.
Məlumata görə, Mikayıl İsmayılovun müavininin ən yaxın adamları öz aralarında prezident seçkilərindən sonra qurumda dəyişiklik ediləcəyini və Cəbrayıl Cəbrayılovun vitse-prezident təyin olunacağını sevincək şəkildə danışırlar.
Xatırladaq ki, bir müddət öncə ölkə mediasında Rəhman Qurbanovla bağlı ilginc məlumatlar işıqlandırıldı. Həmin məlumatlarda vurğulanırdı ki, vitse-prezident Rəhman Qurbanovun adı korrupsiya qalmaqllarında hallanır. Yayılan məlumatlarda həmçinin Rəhman Qurbanovun Azərbaycanda və eləcə də, ABŞ və Avropa ölkələrində dəyəri milyonlarla ölçülən daşınmaz əmlaka sahib olduğu və bütün bu əmlaklara isə SOCAR-da vitse-prezident vəzifəsində çalışdığı dövrdə sahib olduğu qeyd edilmişdi. Bundan başqa SOCAR-ın Böyük Britaniyada rəsmi nümayəndəliyinin direktoru işləmiş və Rəhman Qurbanovun keçmiş kürəkəni olan Rüfət Əfəndiyevin SOCAR vitse-prezidentindən Prezident İlham Əliyevə şikayət ünvanlaması haqqında məlumat verilmişdi. Mikayıl İsmayılovun müavinini yaxından tanıyan mənbənin iddiasına görə bu məlumatların ölkə mediasına yol tapmasında Cəbrayıl Cəbrayılovun marağının olması mümkündür. Mənbəmiz mediada SOCAR vitse-prezidenti Rəhman Qurbanovla bağlı yayılan məlumatın Cəbrayıl Cəbrayılovun ətrafından sızdırıldğını qeyd etdi. Məhz bu məlumatın mediada yayılmasından sonra SOCAR rəhbərliyində ciddi narazılığın yarandığı və Rəhman Qurbanovun durumdan bərk qəzəbləndiyi deyilir.
Mənbəmiz iddia edir ki, Cəbrayıl Cəbrayılovun adamlarınin Rəhman Qurbanovun ən zəif yeri ilə bağlı məlumatı mediaya ötürməkdə məqsədləri vitse-prezidenti hakimiyyətin yuxarı dairələrində həm gündəmə gətirmək, həm də gözdən salmaqdan ibarət olub. Rəhman Qurbanovun bu məlumatın sızdırılmasında başqa qruplaşmanın üzvünü günhakar saysa da əslində həqiqət tamam başqadır.
Məlumatlı şəxsin iddiasına görə Cəbrayıl Cəbrayılovun adamları SOCAR içində informasiya yayırlar ki, vitse-prezident Rəhman Qurbanov ciddi xəstəlikdən əziyyət çəkir və vəzifəsindən gemək üçün ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır. obyektiv.info