Teref.info olaraq sosial şəbəkə istifadəçisi Abdul Abdullayevin prezident İlham Əliyev cənablatrına ünvanladığı Laçın rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı müraciəti oxuculara təqdim edirik:
Abdul Abdullayev yazır:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarina.
Surəti:Azərbaycan Respublikasinin Baş Prokuroru Zakir Qaralov cənablarina.
Yazib Sizə bildirirəm ki, Lacin rayon Təhsil Şöbəsinin rəhbəri Nicat Həsənov işlə bağlı etdiyim erizəmə əsasən mənə belə bir cavab məktubu göndərmişdir. Bu məktubda göstərilib ki, yaşadığım Şəki Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Kaha tam orta məktəbində 18 nəfər texniki işçi fəaliyyət göstərir. Ancaq məktəbin tabelində 11 nəfərin adı göstərilib. Belə başa düşmək olar ki, yəqin yerdə qalan 7 nəfərin əmək haqqı kartı rüşvətxor Nicat Həsənovun öz cibindədir. Nicat bəyin çirkin əməlləri dözülməz həddə çatıb. Bu məmura dayan, dur sözü deyən yoxdur, təhsilimizi bazar qaydası ilə idarə edir. Nicat Həsənov Laçın məktəblərində ailəvi ansambıl yaradıb.
Cənab Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məmur haqqında ciddi tədbir göstərəsiniz.
Ana Səhifə Gündəm Lacin rayon Təhsil Şöbəsinin rəhbəri Nicat Həsənov korrupsiyada ittiham edilir – İTTİHAM/FOTOFAKT