“Koroğlu MMC”-nin rəhbər şəxsləri tərəfindən Əliyev Rauf Hidayət oğluna qeyri-qanuni olaraq ittiham irəli sürülüb ki, guya o şirkətə məxsus olan pulları mənimsəyib. Bu barədə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Press-konfransda Rauf Əliyevin nümayəndəsi  Samir Zeynalov KİV nümayəndələrinə bildirdi ki, Koroğlu MMC özünün anti-milli fəaliyyəti nəticəsində Əliyev Rauf Hidayət oğluna qarşı qondarma, sübutsuz ittiham irəli sürür.O, bildirmişdir ki, 179.3.2-ci maddəsi il (Mənimsəmə və israf etmə) ittiham olunan Əliyev Rauf Hidayət oğlu bir ilə yaxındır Bakı Ağır Cinayyət məhkəməsində qanunsuz olararaq mühakimə olunur və hakimlər onun əleyhinə faktların olmadığı üçün qərar verə bilmirlər.Koroğlu MMC-nin də rəhbər şəxsləri təziyq edir deyə bəraət də verə bilmirlər.Bu səbəbdən məhkəmə prosesi uzadılıb.Samir Zeynalov məhkəmə proseslərini şərh edərkən bildirib ki, ən ağır məhkəmə prosesi MTN-nin işi idi ki, Korğlu MMC-nin ittihamı ilə başlanan bu məhkəmə prosesindən sonra başladı.Artıq yekunlaşıb və qərar da verilib.
Samir Zeynalov bildirib ki, nümayəndəsi olduğum şəxs Əliyev Rauf Hidayət oğluna qarşı artıq 1 ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində saxta ittiham irəli sürülür və bu minvalla o, artıq həbs edilmək təhlükəsi qarşısındadır.
Atasını gənc yaşında itirən, tək halal zəhməti ilə anasına baxan, kifayət  qədər prespektivli, mədəni və ali təhsilli olan Əliyev Raufa qarşı yönələn ittihamın tərkib hissəsində kiçik də olsa mötəbər sübut yoxdur. Lakin o bu gün qondarma ittihamla həbs edilmək təhlükəsi qarşısında qalmaqla bərabər, intihar həddinə də çatıb. Müraciətimizin məzmunundan aydındır ki, Əliyev Rauf şirkət rəhbərliyin ilk və tək qurbanı deyil. Əgər o həbs olunarsa və yaxudda intihar edərsə, artıq Koroğlu MMC-nin rəhbərliyi bu durumdan digər işçiləri qarşısında qorxunun meyarı olaraq daha da faydalanacaq. Hiddət və təəsüf doğuran əsas məqam isə ondan ibarətdir ki, reketçi şirkət rəhbərliyinin bu əməllərinə dövlətin səlahiyyət tanıdığı imtiyazlı şəxsləri də ortaq olur. Bakı Ağır Cinayətlər Məhkəməsinin mövcud işə baxan kollegiyası qətiyyən tərəfsiz, qərəzsiz, ədalətli olmaq niyyətində deyil. Uzun müddətdir davam edən süründürməçilik və mənasız məhkəmə çəkişmələri nəticəsində gənc Raufun səhhətində nevrotik problemlər meydana gəlib. Tanınmaz hala düşməklə, həkim müalicəsi almaqla cəmiyyətdən təcrid olub, sarsılıb. Amma məhkəmə kollegiyası ona qarşı ədalətli yanaşmaq çoxmuş kimi, mərhəmətli olmaq da istəmir. Qeyd edim ki, iş üzrə cinayət kollegiyasına sədirliyi hakim Mahmud Ağalarov həyata keçirdir. Mətbuat Konfransı ilə bağlı Koroğlu MMC rəhbərliyi xəbərdar edilsə də konfransda qarşı tərəfdən səlahiyyətli şəxs iştirak etməyib.

https://www.youtube.com/watch?v=fxjEKCY1lmE&t=46s

Paylaş