Şirvan şəhət Polis idarəsinin əməlliyyat müvəkkili Bəhruz Qurbanov, Polis idarəsinə məxsus 99 AP 868 nömrəli avtomobillə milyoner Camal kimi tanınan şəxsi vuraraq öldürüb. Paytaxt.org-a verilən məlumata, Polis zabiti Bəhruz Qurbanov hadisəni törədən vaxtı içkili vəziyyətdə olduğu bildirilir. O həmin gün vəzifəli şəxs lərdən birinin toy məclisindən kefli çıxaraq, surət həddini pozduğu və avtoşlq etməsi ölüm hadisəsinə səbəb olduğu iddia olunur…
Onuda qeyd edək ki, Bəhruz Qurbanov, narkotik aludəçisi və satıcısı Pərviz Qurbanovun qardaşıdı. Və bu iki şəxs mediyada “Qızıl Almaz “kimi tanınan Almaz Qurbanovanın övladlarıdı.
Deyilənlərə görə zabit Bəhruz Qurbanov özüdə narkotik qəbul etdiyi üçün vaxtilə işdən uzaqlaşırılıb . Amma buna baxmayaraq çox keçmədən Salyan şəhər Polis idarəsində işlə təmin olunub. Bir müddət Salyanda işləyəndən sonra Şirvan Polis idarəsinə göndərilməsi də daxil olan məlumatlar arasında yer alıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.