İcra Hakimiyyəti şöbə müdirinin Moruldan gecə qaçışının təfərrüatları üzə çıxdı

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevlə bağlı AzEuroNews.com -un redaksiyasına olduqca ilginc iddialarla dolu məktub daxil olub. Məktubdan belə aydın olur ki, bu il martın 23-də məmurun doğum günü olub. Rasim Mustafayev doğum gününü qeyd etdikdən sonra qardaşı Səyyar Mustafayevə məxsus Az 57 CT 557 dövlət nömrə nişanlı “Nissan Patrul” markalı avtomobilin sükanı araxsına keçib. Gecə saat 1-də Şəmkir rayonunun Morul kəndində yerləşən “Qırmızı Körpü”nün yanına gedib. Avtomobili orada saxlayaraq piyada, həbsdə olan qaynı Ceyhun Əkbərovun evinə yollanıb. Məmurun gecə gəzintisindən məlumatlı olan sakinlər onun hara gedəcəyini öyrənmək üçün izləyiblər. Sakinlər R.Mustafayevin qaynı həbs olunduqdan sonra gecələr onun evinə bu formada-yəni, gizli şəkildə gedib-gəlməsini eşitdiklərindən onu izləmək qərarı veriblər. Bu səbəbdən küçə sakinləri R.Mustafayevi anbaan izləyiblər. Görüblər ki, R.Mustafayev qaynının evinə çatdıqda, qaynının həyat yoldaşı həyətin darvazasını açıb, R.Mustafayevi həyətə buraxıb. Bundan sonra evin işıqları sönüb. Həmin an qonşular səs-küy salaraq gecə saat 1-2 radələrinə qədər bütün küçə sakinlərini oyadaraq 150-200 nəfəri bir yerə toplayıblar.

Alimpaşa Məmmədovun gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT

Onlar C.Əkbərova məxsus evin darvazasını döyərək R.Mustafayevin çölə çıxmasını tələb ediblər. R.Mustafayev vəziyyətin qarışdığını görüb gecə saat 3-4-ün yarısına qədər çölə çıxa bilməyib. Qadın isə, qonşuların onu çağırmasına səs verməyib. Təxminən gecə saat 4 radələrində küçəyə maşın gəlib. Sakinlər elə başa düşüblər ki, maşın küçə sakinlərindən birinindir. Bu səbəbdən maşına yaxınlaşmayıblar. Həmin maşın küçədə dayanarkən R.Mustafayev qaynının evindən çıxıb maşına tərəf qaçmağa başlayıb. Küçə sakinləri Rasim Mustafayevin dalınca qaçsalar da, onu tuta bilməyiblər. Özü qaçıb canını qurtarsa da, gəldiyi maşın “Qırmızı Körpü”nün yanında qalıb. Sakinlər Az 57 CT 557 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobili daşqalaq edib, balta ilə əzib yararsız hala salıblar. Bu barədə, R.Mustafayev heç bir yerə məlumat verməyib. Maşını da gizlədib. Çünki bilib ki, maşının əzilməsi ortaya çıxsa R.Mustafayevdən gecə saat 1-də türmədə olan qaynının tək yaşayan arvadının yanına içkili vəziyyətdə nə üçün getdiyini ondan xəbər alacaqdır. Onu da nəzərinizə çatdırırıq ki, R.Mustafayev qaynının evində olarkən qonşular tərəfindən ev daş “yağışı”na tutulub, evin bir neçə aynası sınıb. Həmin hadisə baş verən gündən küçə sakinləri C.Əkbərovun həyat yoldaşını küçədən qovublar.

Alimpaşa Məmmədovun gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT
Şəmkir sakinlərinin məktubunda daha sonra deyilir: “Dövlət nümayəndəsinin seçki ərəfəsində bu cür əxlaqsızlıq edərək gecə yarısı 150-200 nəfəri bir yerə toplaması əhalidə hökumətə qarşı pis fikir oyadır. Odur ki, Rasim Mustafayev bu hərəkəti ilə tək qaynının ailəsinə yox, işlədiyi icra aparatına və rayon başçısına xəyanət etdiyini sübut etdi”.
Alimpaşa Məmmədovun gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov
Məktub müəllifləri yazırlar ki, R.Mustafayevin bu günədək müdafiə olunmasının səbəbi 2014-cü ildə onun başçının aqrar məsələlər üzrə müavini olması üçün namizədliyini irəli sürən Qüdrət Əliyevdir. Çünki R.Mustafayev şöbə müdiri təyin olunanda Qüdrət Əliyev ondan 30 min manat pul alıb və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpasa Məmmədova məruzə etməyib. Odur ki, R.Mustafayev müdafiə olunmayacağı halda Qüdrət Əliyevin ondan aldığı 30 min manat barəsində Alimpaşa Məmmədovu məlumatladıracağı ilə Qüdrət Əliyevi şantaj edir.

Mövzu ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə zəng vurub sakinlərin şikayət məktubunda adları keçən şəxslərin mövqeyini öyrənmək cəhdlərimiz heç cürə alınmadı. Onları da dinləyib, mövqelərini dərc etməyə hazırıq.

Onu da qeyd edək ki, Şəmkir sakinlərinin redaksiyamıza ünvanladığı şikayət məktubu ixtisarla dərc olunub.olkexeber.az

Paylaş