Bu günlərdə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənəcək. Cəmiyyət nazirlərdən kimlərin gedəcəyi, kimlərin vəzifəsində qalacağını intizarla gözləyir

FİA.Az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, prezidentin yeni komandasında ciddi struktur islahatı nəzərdə tutulur.

Yaxın vaxtlarda Maliyyə və Vergilər Nazirliyinin birləşdirilməsi, Dövlət Gömrük Komitəsinin ləğv edilərək birləşmiş vahid nazirlik yanında departament kimi fəaliyyət göstərəcəyi iddia olunur.

Yeni supernazirliyə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbər gətiriləcəyi gözlənilir. Vergi naziri Mikayıl Cabbarovun isə Baş nazir Artur Rasi-zadənin yerinə təyin ediləcəyi bildirilir.

Bu struktur dəyişikliyi maliyyə-vergi, gömrük sistemində ciddi dəyişikliklərə gətirib çıxaracaq. Xüsusən də sahibkarların ürəyincə olacaq bu inqilabi ideya sahibkarlığın inkişafına təkan verəcək.

S.Müslümova göstəriləcək etimadın nədən ibarət olduğu bilinmir. Lakin bu islahatlar zamanı maliyyə naziri Samir Şərifov və gömrük rəisi Aydın Əliyev vəzifəsini itirəcək.

Azərbaycanda supernazir postunda Ramin Quluzadədir. O, birləşdirilmiş nəqliyyat, rabitə, yüksək texnologiyalar naziridir. Digər səlahiyyətlərə də malikdir.

S.Müslümov da birləşmiş yeni nazirliyin rəhbəri kimi ciddi reformalar etməlidir. Bu qərarla bağlı iddialar səslənir və nə dərəcədə gerçək olduğunu söyləmək çətindir. Amma mümkündür.

FİA.Az xəbər verir ki, S.Şərifov maliyyə sisteminin pozulması, Beynəlxalq Bank işində vurulmuş nazirdir. Onun adı üç ölkəyə agentlikdə keçib. Odur ki, artıq gediş vaxtı çatıb.

A.Əliyev isə ölkənin gömrük sistemini darmadağın edib. Prezident son çıxışlarının birində gömrükdəki vəziyyəti sərt tənqid etdi.

Dedi ki, dilənirlər, rüşvət alırlar. O baxımdan hər iki qurumun bir nazirliyin tərkibində fəaliyyəti gözləniləndir.

M.Cabbarov isə Fazil Məmmədovdan qalan kadrları təmizləyib, müvəqqəti islahatlar həyata keçirib Baş nazir postuna doğru irəliləyir. A.Rasi-zadə yola salınır.

Gözlənilir ki, baş nazirin 3 müavini istefaya göndəriləcək və onların səlahiyyətləri Vitse-Prezidentlik Aparatına veriləcək.

Başqa mənbələr, ümumiyyətlə, bütün baş nazir müavini postlarının ləğv olunacağını və səlahiyyətlərinin prezident köməkçilərinə ötürüləcəyini iddia edir.

Bütün bunlardan sonra iki mühüm məmur – S.Şərifov və A.Əliyevə nəzərlər yönəlir. Siyasi və istisadi ekspertlər hesab edir ki, Azərbaycanda bu kimi kadr islahatları davam etməlidir.

Bir neçə nazirlik ləğv olunmalı və ya birləşdirilməlidir. İqtisadi böhran zamanı belə addımların atılması, oliqarxlaşmış məmurların qismən kənarda saxlanması daha vacibdir. Bunun fonunda indi əsas diqqət Azərbaycan Maliyyə Nazirliyinə yönəlir.

Lakin son aylar baş verən siyasi-iqtisadi prosesslərə diqqət etsək görərik ki, Maliyyə naziri Samir Şərifov çaşqın və susqun vəziyyətdədir. Daha böyük postgara iddialı olan Şərifov cəmi bir neçə gedişdə iflasa uğradı.

İlk əvvəl Cahangir Hacıyevin məhkəmədə “Samir Şərifov mənim yanımda oturmalıdır” deməsi, ardınca “qara bazar”ın qaydasız fəaliyyəti, dövlətə və manata açıq savaş acması, bu gün isə “MTN işi” cinayətində həbs olunan Vidadi Zeynalovun “Maliyyə nazirliyinin adamları gəlməsə ifadə verməyəcəm” deməsi artıq sondur.

 
Paylaş