Müşfiq Tükanov barədə ölkə mətbuatında getmiş bir çox məlumatlara rast gəlmək olur.
Ancaq bu günlərdə 365İNFO saytına Müşfiq Tükanov barədə yeni məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Müşfiq Tükanov Milli Bankın sədri Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanovun kürəkənidir. Və vaxtıilə müşavir qaynatanın köməkliyi ilə Müşfiq Tükanov hal-hazırda fəaliyyət göstərməyən “DəmirBank”ın “Mərkəz” filialının müdiri təyin olunub.
Adı bir çox bank maxinasiyalarında keçən Müşfiq Tükanov tez-tez hüquq mühafizə orqanlarının “qonağı” olur və axırda onlardan qurtulmaq üçün spiker Oqtay Əsədovun adından istifadə edir, özü də maraqlı üsulla…
Belə ki, Müşfiq Tükanov məlumat əldə edir ki, spiker Oqtay Əsədov 10 AA 004 nömrəli Mercedes-Maybach S-500 avtomobilində gəzir. Və filial müdiri Müşfiq Tukanov “cürət” edib özünə 10 YY 004 nömrəli eyni markalı avtomobil, yəni Mercedes-Maybach S-500 alır.
Bundan sonra isə şəhərdə şaiyə yayır ki, guya o Oqtay Əsədova yaxın olan adamlardandır. Bank maxinasiyalarında boğulan keçmiş filial müdiri Müşfiq Tükanov bu cür hərəkətiylə özünü bir növ hüquq mühafizə orqanlarının “qonağı” olmaqdan sığortalayıb.
Müşfiq Tükanovu tez-tez Rafael və Coşqunun “Bu şəhərdə” konsert proqramlarında görmək olur. Hətta çəkilişi aparan operatora “hörmət” də olunur ki, filial müdiri Müşfiq Tükanovu geniş planda tez-tez göstərsin.
Bax belə, bu da keçmiş filial müdiri Müşfiq Tükanovun özünü spikerə bənzətməsi. Görünür, onun bundan sonra da bu qəbildən olan başqa maraqlı ideyaları ortaya çıxacaq.
Korrupsiya.Az