Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun şirkəti büdcənin pullarını oğurlamaqda davam edir.
Nazir oğlu rəhbərlik etdiyi “DDLAR GROUP” şirkətinin həyata keçirdiyi layihələr hesabına büdcədən xeyli pullar mənimsəyib.
A.Rəhimov, eyni zamanda, “Baku Grand Prix” şirkətinin də rəhbəridir. “Baku Grand Prix” şirkəti dünyada avtomobil idmanının ən bahalı növlərindən biri olan “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Belə bir nüfuzlu yarışmanı A.Rəhimova “həvalə olunması” da atasının ölkədəki nüfuzuna görədir. Belə çıxır ki, nazir öz vəzifə nüfuzundan istifadə edərək oğlu ilə birlikdə əlbir olub yeyinti işlərini həyata keçirməyə çalışırlar.
Azərbaycanda bir çox rayonlarda Olimpiya İdman Komplekslərini (OİK) layihəsi və tikintisi də nazir oğlunun “DDLAR GROUP” şirkətinin nəzdində həyata keçirilib. Amma sonradan məlum olub ki, ortada xeyli mənimsənilmə faktları qeydə alınıb. Belə ki, sözügedən komplekslərin bütün rayonlarda eyni fundamentə malik olduğu halda, sərf olunan məbləğlərin müxtəlif olması şübhələrə yol açıb. Misal üçün, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib. Eyni zamanda, sözügedən komlekslərdə idarəetmə sisstemi özbaşınalıq dərəcəsindədir. Rayon sakinləri də komplekslərdən şikayətlərini dəfələrlə bildirib. Kompleksin idarə olunması isə, ümumiyyətlə, hələ də müəmmalı olaraq qalır.
Elə buna görə də, nazir oğlunun bu özbaşınalığı haqda mətbuatda dəfələrlə yazılar dərc olunub. Amma buna baxmayaraq, A.Rəhimov atasının gücünə arxalanaraq, öz hiyləgərliyindən və oğurluğundan əl çəkmir.
Bakıda keçiriləcək “Formula1” yarışlarının işıqlandırılması üçün ölkə mətbuatından deyil, xarici ölkələrdən jurnalistlərin gətirilməsi nazir oğlunun mənimsədiyi pullarının tükənməzliyindən xəbər verir. Belə ki, sözügedən şirkətin sahibi olan A.Rəhimov atası ilə birlikdə dövlətin büdcəsindən dədə malı kimi bölüşdürdüyü pullar hesabına xüsusi sifarişlə xarici ölkələrdən “Formula1” yarışlarının işıqlandırılmasına görə jurnalistlərin cəlb olunması üçün milyardlar xərclədiyi deyilir.
Amma nazir oğlunun rəhbərlik etdiyi “Formula1″in Bakıdakı nümayəndəliyi Azərbaycan mətbuatının sözügedən yarışlarda iştirakına qadağa qoyub. Nazir oğlunun bunu hansı səbəb etdiyi hələ də müəmmalı olaraq. Bu müəmma OİK-nin tikintisinə sərf olunan pulların bir anlığa yox olmasından da müəmmalıdır.
“Formula1”-in mətbuat xidmətindən bildiriblər ki, nazir oğlunun Azərbaycan mətbuatına etimadı azaldığından ölkə jurnalistlərini yarışların lentə almasına qadağa qoyub. İnterpress.az