SOCAR-ın Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəli haqda ağır ittihamlar var

FİA.Az xəbər verir ki, trest rəisi idarəni yazılmamış qanunlarla idarə edir.

Bu barədə realliq.info-ya etiraz məktubu ünvanlayan İ.Şirəli saytı böhtan atmaqda suçlayıb. Bundan sonra sözügedən sayt şirkətin fəaliyyətini araşdırıb.

Məlum olub ki, trest rəisi bu vəzifəyə təyin olunandan SOCAR-ı talayır. O, istəyini həyata keçirmək üçün qohumlarını vəzifəyə gətirib. Qonumların savadlı və ya mütəxəssis olması önəm kəsb etməyib.

Bacısının həyat yoldaşı Ramiz Ağayevi Trestin Qazma və Logistika İdarəsinin baş mühəndisi təyin edib. Bəlli olub ki, Ramiz Ağayev traktorçu olub və təhsili yoxdur.

Belə olan halda dövlət üçün mühüm əhəmiyyət kəsb edən idarəyə baş mühəndis gətirilən və mütəxəssis olmayan bir şəxsin fəaliyyəti nədən ibarət ola bilər?

FİA.Az mediaya istinadla xəbər verir ki, Ramiz Ağayevin qanunsuz əməllərindən narazı qalan işçilər qaynı İ.Şirəli tərəfindən cəzalandırılır.

Traktorçunun baş mühəndis vəzifəsinə gətirilməsi və SOCAR prezidentinin baş verənlərə susması maraqlı məqamdır. Görünür İsgəndər Şirəlinin bir məclisdə dediyi sözlər haqlı görünür.

Belə ki, dostları ilə məclislərin birində Ramiz Ağayevin təyinatı ilə bağlı yaranmış mübahisədə İsgəndər Şirəli maraqlı açıqlama verib.

Onun: “Rövnəq Abdullayevin savadı var ki, başqalarında nöqsan axtarsın. O da traktorçu kimi bir şəxsdir” – deməklə bacısının ərinin SOCAR şefindən heç də savadsız olmadığını önə çəkib.

Bundan sonra kürəkəni Zaur Qarayevi SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nin Ekologiya şöbəsinin rəisi təyin edib.

Ekologiya sahəsi üzrə mütəxəssis olmayan şəxsin bu sahəyə necə xidmət etdiyini Rövnəq Abdullayevin araşdırması vacibdir.

Şirəli İsgəndər yaxın qohumu olan Anar Məmmədov Trestin Mərkəzi Mühəndis Texniki Xidmətinin rəisi vəzifəsini icra edir.

Maraqlıdır ki, Anar Məmmədov bu sahədə səriştəsiz, iş təcrübəsi olmamaqla yanaşı həqiqi hərbi xidmətdə olmayıb. Trest rəisi digər qohumlarını da unutmayıb.

Qardaşının yeznəsi olan İsa adlı şəxsi Trestin qazma Departamentinin rəis müavini, İsanın bacanağı Elvin adlı şəxsi Neft Daşları bölümündə təchizat üzrə rəis müavini qoyub.

Xəyyam adlı yaxın qohumunu Tikinti şöbəsinin rəisi, Ramiz adlı digər qohumunu Sahil bölümünün 122 saylı özül bölümünün rəisi vəzifələrinə təyin edib.

SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlinin qanunsuz təyinatları bunlarla bitmir.

Salyan – Neftçala zonasında yaşayan digər qohumlarını da vəzifələrə təyin edən trest rəisi qanunları pozmaqla korrupsiya əməllərini icra etməkdədir.

FİA.Az onu da xəbər verir ki, ARDNŞ rəhbəri Rövnəq Abdullayevin əmri ilə təhsili olmayanların mühəndis-texniki vəzifədə işləməsi qadağan edilir.

Lakin İsgəndər Şirəli meşəbəyi, baytar və təhsili olmayan digər qohumlarını Trestin mühüm əhəmiyyət daşıyan şöbələrinə rəis və rəis müavini təyin etdirir.

Trestin işçiləri idarəni “ailə şirkəti” adlandırır və baş verənləri aşkar qeyd edirlər, lakin tədbir görən yoxdur. Şirəliyev ölkə xaricində biznesə başlayıb.
Bu barədə ölkə mediasına daxil olan məlumatda bildirilir ki, trest müdiri Türkiyədə böyük biznes şəbəkəsi qurub.

Belə ki, İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir.

Məlumatda İsgəndər Şirəlyevin oğlu Xəzər Şirəlinin Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir.

Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır. Yazıda adı çəkilən şəxslərin də münasibətini öyrənməyə hazırıq.

Paylaş