Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəhbəri Böyükkişi Cümşüdov büdcəni “istismar edir”

Meliorasiya və Su Təsərrüfatı» ASC-nin yerlərdəki idarə və müəssisələrində qanun pozuntuları, məmur özbaşınalıqları bitmək bilmir ki, bilmir.

Demək olar ki, ASC-yə tabe olan qurumların fəaliyyəti haqda hər gün mətbuatda tənqidi yazılar dərc olunur. Amma buna baxmayaraq, cəmiyyətin sədri Əhməd Əhmədzadə işinə yetərincə məsuliyyət göstərməyən şəxslərin barəsində müvafiq tədbirlər həyata keçirmir.

ASC-yə tabe olan Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi Cümşüdov Böyükkişi İslam oğlunun Əhmədzadənin gözündən iraq işlər görməsi onu varlandırıb.

Sözügedən qurum 1974-cü ildə yaradılıb. Hidroqovşağın xidmət etdiyi rayonlara Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədi daxildir. Hidroqovşağa daxildir: Sərsəng Su anbarı-həcmi:600 ml.m3 Madagiz Su anbarı-həcmi: 6 ml.m3 Sağ sahil M.K.-uzunluğu: 70,2 km Sol sahil M.K.-uzunluğu: 22,4 km.

Hidrotexniki qurğuların sayı isə 433 ədəddir. Ştatda olan işçilərin sayı 344 nəfərdir ki, onlardan 180 nəfəri dondurulmuş əmək haqqı alır.

İdarənin balans dəyəri isə 28.758.584 AZN təşkil edir. Bildirilir ki, Böyükkişi Cümşüdovun işdə yol verdiyi qanun pozuntuları yuxarıda adları çəkilən rayonlarda suvarma suyu ilə bağlı ciddi problemlərin əmələ gəlməsinə səbəb olub.

Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının da əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Çünki sözügedən idarənin rəhbərliyi və işçiləri sırf öz maraqları üçün işləyirlər.

İdarənin balansındakı texnikaların əksəriyyəti fərdi təsərrüfat sahələrində işlədilir. Başqa sözlə desək, Böyükkişi müəllim həmin texnikaları iş adamlarına aylıq icarəyə verib.

Dövlət tərəfindən Tərtərdə və hidroqovşağa tabe olan rayonlarda suvarma suyu probleminin həllini tapması üçün mühüm tədbirlər həyata keçirilir.

Tərtər əhalisinin erməni düşmənlərinə layiqli cavab verdiyi, müharibə şəraiti olmasına rəğmən, cəbhəyə yaxın ərazilərdə əkin-biçinlə məşğul olduğunu deməyə gərək yoxdur.

Rayonun qəhrəman əhalisi əkinçiliklə məşğul olur, heyvandırlığı inkişaf etdirir və sairə. Amma Tərtərin ən böyük problemi əkin sahələrini suvarmaq üçün zəruri olan sudur.

Hökumət bu istiqamətdə zəruri olan bütün tədbirləri görməyə çalışır. İnsanların içməli suya olan təlabatını ödəmək üçün artezian quyularının qazılması prosesi reallaşdırılır. Nəticədə, Tərtərdə hazırda 404 belə quyu var. Həmin quyulardan əkin sahələrinin suvarılmasında da geniş istifadə edilir.

Lakin Tərtər rayonunu əkin sahələrini suvarmaq işlərini hələ sovet dövründən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi həyata keçirirdi.

Qarabağ müharibəsindən sonra situasiyanın dəyişməsi səbəbindən bu idarənin işləri də çətinləşdi. Böyükkişi Cümşüdov hazırda idarəyə rəhbərlik edir.

Cümşüdovun Tərtər çayının suyundan da pul çıxardığını bilməyən yoxdur. Məlumatlara görə, idarə rəisi elə bir sistem qurub ki, heç fələk də ondan baş aça bilmir.

Bu idarədə «ölü canlı»lardan tutmuş, kartıq müdirin cibində olan işçilərə qədər hər şey baş verir.

Paylaş