Hacıbala Abutalıbovun şəhər hakimiyyətini itirməsindən sonra Bakı Liftlər İdarəsi rəisi Qüdrət Şükürovun kreslosu laxlayıb
Bu barədə FİA.Az-a verilən məlumatda qeyd olunub. Qızına 400 minlik toy etməsi ilə ad çıxarmış və dillərdə əzbər olmuş baş liftçinin hamisi H.Abutalıbov postundan getdikdən sonra Q.Şükürov himayəçi axtarışına çıxıb.
Bir vaxtlar Abutalıbovun Qaraçuxurdakı villasına 300 minlik “Toşiba” lifti quraşdırmış və keçmiş merin qanadı altına girmiş baş liftçinin indi vəziyyəti gərgindir.
Abutalıbovun “krişalığı” altında büdcə pullarını tar-mar etmiş, şəhərdə liftlərin yenilənməsinə ayrılan vəsaitləri çırpışdırmış Şükürovun əməllərinə merə görə göz yumurdular.
Ancaq Abutalıbov simvolik xarakter daşıyan baş nazirin müavini vəzifəsinə təyin olunduqdan sonra Şükürovun işi qəlizləşib. Onun Bakı Liftlər İdarəsi rəisi vəzifəsində qalacağı sual altındadır.
Məlumdur ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 23 dekabr 2008-ci il tarixdə sərəncam imzalayib.
Sərəncamda şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.
Eyni məqsdələ 2013 və 2015-ci illərdə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat (ümumilikdə 20 milyon manat) məbləğində vəsait ayrılıb.
İndi özünüz təsəvvür edin ki, 9 ildə həmin 30 milyonun ən uzağı 2 milyonu təyinatı üzrə sərf olunub. Yerdə qalan 28 milyon manat mənimsənilib. Bunu ani araşdırma ilə də müvafiq dövlət qurumları təsdiqləyə bilərlər.
Hər il üçün 3 milyon pul deməkdir ki, buradan da Qüdrət Şükürovun payı ən azından 500 min manatdır. Hətta 1 milyon da iddia edə bilərik.
FİA.Az-a verilən məlumatda qeyd olunub ki, Q.Şükürov tezliklə işindən azad olunacaq.
Onun adı müxtəlif qalmaqallarda keçir və ən əsası prezidentə bu şəxsin korrupsiya əməlləri haqda məruzə olunub.
Keçmiş qudası Rəfael Əsgərov deyir ki, Qüdrət Şükürov erməni əsilli şəxsdən keyfiyyətsiz liftlər alıb Bakının rayonlarındakı binalarda quraşdırmaqla böyük pullar ələ keçirib:
“Bu gün yeni təhsil naziri və Dövlət İmtahan Mərkəzi araşdırma aparsınlar, məlum olacaq ki, Qüdrət Şükürovun oğlu da, qızı Aysel də İqtisad Universitetinə Dağıstan universitetindən köçürmə yolu ilə daxil olublar.
Oğluna görə 50 min, qızına görə 35 min dollar pul verib. Bu gün Qüdrət Şükürovun qızından kimsə qəfil 7 vur 6 neçə edir soruşsa, əminəm ki, cavab verə bilməyəcək. Amma Aysel Şükürova İqtisad Universitetinin maliyyə fakültəsini bitirib!
Bunu ona görə deyirəm ki, Qüdrət Şükürovun hər şeyi pulla, o pullarla ki, dövlətdən talanıb, məhz pulla həll etmək vərdişi var. O, özünü azərbaycanlı saymır. Ermənilərlə çörək kəsib biznes qurmaqdan da çəkinmir.
Mən dövlət qurumlarından dönə-dönə xahiş edirəm, iştirakımla araşdırma aparsınlar, Qüdrət Şükürovun necə böyük bir korrupsioner olduğuna özləri də əmin olacaqlar”.
Sən demə, Qüdrət Şükürovun güvvəndiyi və arxalandığı yüksək çinli məmur “SOCAR”-ın prezidenti Rövnəq Abdullayev imiş.
Əslən cənublu olan Q.Şükürov hələ tələbəlik illərindən R.Abdullayevlə yaxın dostluq əlaqəsi olub.
Bu əlaqələr sayəsində isə Qüdrət Şükürovun ulduzu parlamağa başlayıb. Gələn xəbərlərdə qeyd olunur ki, dəfələrlə çıxılmaz vəziyyətlərə düşən Qüdrət Şükürovu sonda R.Abdullayev xilas edib.
Qüdrət Şükürovun yaxın ətrafından verilən məlumata görə, R.Abdullayev tərəfindən göstərilən xidmətlərin qarşılığında Q.Şükürov boşlu qalmayıb.
Ancaq indi SOCAR şefi də onun arxasından çəkildiyi bildirilir.