Sumqayıtın icra başçısı Zakir Fərəcov şəhərdə hərəkət üçün boş ərazi saxlamır. Şəhərin 6-cı mikrorayon ərazisind piyadaların səkisini tikinti şirkətinə peşkəş edib

FİA.Az xəbər verir ki, bu fakt feysbukda yayılan fotoda öz əksini tapıb.

Bildirilib ki, İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun əmri ilə tikinti firması səkini zəbt etməkdədir.

Üstəlik, bazar günü şəhər rəhbərliyi istirahət edir, amma insanlar dincələ bilmirlər. Çünki maşınların səsi onlara bütün günü “sakitlik” və “hüzur” bəxş edir.

Səkinin satılması isə piyadaların yolunu bağlayıb. İcra Hakimiyyətləri şəhər və rayonlarda satmağa yer qalmadığı üçün səkilərə əl atıblar.

Z.Fərəcov da həmkarlarından fərqlənmir və Sumqayıtı tar-mar etməkdədir. İcra başçısı “Şərq” bazarından tutmuş bütün Sumqayıtı altını üstünə çevirib.

Məsələn, Zakir Fərəcovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı etdiyi hörmətsizlik sərhəd tanımamaqdadır. Belə ki, BakuNews.az saytın əməkdaşlarının apardığı reyd zamanı ekologiyaya qarşı edilən terrorun üstü açılıb.

Sumqayıtda yerləşən “Azərtexnolayn” zavodunun əks tərəfində boş olan ərazidən Socar Neft Şirkətinə məxsus olan kəmərlərin təhlükə alında olması da müəyyən edilib.

Qanunla qadağan edilmiş qum çıxarma prosesini həyata keçirən işbazlar günün 24 saatı yuxarıda qeyd etdiyimiz ərazini tar-mar edərək qumu “Shadman” və “Kamaz”lara yükləyərək əraziyə yaxın tikinti materyaları bazarının yaxınlığında olan Zavodların həyətində “Stok” etməkdədirlər.

 Sumqayıt şəhər kanalizasiya xətlərinin yeniləyən “ARÇİKO” MMC-yə məxsus “shadman” markalı yük avtomobilləri fəalliyət göstərməkdədir.

Amma “ARÇİKO” MMC-yə məxsus olmayan bazar adamlarının “Kamaz” və “ZİL” markalı avtomobilləri həmin ərazidən tikintidə istifadə edilən “Sarı Qum” ərazidən yük bazarlara və bazarların qarşısında yerləşən zavodların həyatyanı sahəsinə depolamaqdadırlar.

“ARÇİKO” MMC-yə verilən səlahiyyətdən sui-istifadə hallarının olduğu isə açıq şəkildə apardığımız müşahidələrdən bəli olmaqdadır.

Bundan başqa, icra başçısı “Karvan”da xərər çəkmiş üç sahibkarı süründürür. Sumqayıt sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşüblər.

325 min manat miqdarında zərərin dəyməsi məhkəmə tərəfindən təsdiqlənib. Bu, zərəri ödəməli olan tərəf – “Karvan”ın rəhbəri tərəfindən də təsdiqlənib. Ancaq əyən zərəri 5 ildir ödəmək istəmir.

2017-ci il, 23 apreldə Zakir Qaralov şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki, aşağıda adıçəkilən şəxslərə dəyən zərər təxirə salınmadan aradan qaldırılsın.

İcra başçısı bizi sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində qəbul etdi. Bildirdi ki, üstündən 5 il keçsə də məsələ həllini tapmalıdır.

Yazılı şəkildə müavini Fəzail Hüseynova göstəriş verdi ki, bizim problem araşdırılsın və qarşı tərəf -”Karvan”ın rəhbərliyinə bildirilisin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.

Bu il aprelin 14 -ü icra hakimiyyətinə gəldik ,lakin bizə dedilər ki, icra başçısının müavini Fəzail Hüseynov səhhəti ilə bağlı problem olduğundan bizi qəbul edə bilməyəcək”.

Məktubda bildirilir ki, ayın 16-sı yenidən icra hakimiyyətinə gəldik: “Lakin səhər tezdən icra hakimiyyətinin binasının qarşısında saatlarla-6-7 saat gözləsək də bizi içəri buraxmadılar, məsul şəxslə görüşdürmədilər. ŞİH-nin mövqeyini dərc etməyə hazırıq.

Sumqayıtı tar-mar edən Zakir Fərəcov piyada yolunu da firmaya satıb

Paylaş