Baş nazirin müavini Əli Həsənov “Qaçqınkom” sədri vəzifəsində olanda çox böyük səlahiyyət sahibi idi. O vəzifə sahibi ki, nəvəsi Nail Allahverdiyev axırına çıxdı.
Ə.Həsənov 20 il işlədiyi “Qaçqınkom” sədri postunda bir gün ağlına da gəlməzdi ki, nəvəsinin iki nəfərin ölümünə səbəb olacaq qudurğan hərəkəti ucbatından işini itirəcək. Eynilə Bakının Nəsimi rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli də ölümlə nəticələnmiş qəza törətdiyi üçün həbs olunmuşdu. Amma Ə.Həsənovdan fərqli olaraq, A.Əsgərov qanunları ayaqlar altına ataraq oğlunun “ali”liyini üstün tutdu. Əvvəlcə onu müalicə müəssisəsinə köçürdü, oradan isə ev dustaqlığına buraxdırdı.

Çox keçmədi ki, icra başçısı oğluna “cəza” olaraq onu ölkədən uzaqlaşdırıbxaricə göndərd. Qəzada ölən uşağın atası, “Mcondalds” restoranlarının rəhbəri Maqsud Mirzəyev məhkəmədə bildirmişdi ki, İlham Əsgərli xaricdə kef çəkir.Vəssalam, qanunlar da tapdandı, günahsız yerə tələf olan yeniyetmənin qanı da batırıldı.
Bu hadisə baş verəndə A.Əsgərov Səbayelin icra hakimi idisə, sonra mükafat olaraq Nəsimiyə təyin olundu. Bu iki hadisəyə fərqli münasibətin səbəbləri var.
Görünür, icra başçısının hamiləri məsələni yuxarı eşelonda böyüməyə qoymayıblar və ölkə rəhbərliyini inandırıblar ki, faciədir, qəzanı törədən həbs olunub, atası isə yaxşı məmurdur. Ancaq belədirmi? – gəlin baxaq.

Dövlət başçısını aldadaraq ev dustaqlığı adı ilə övladını xaricə göndərən icra başçısı Səbayeldən sonra Nəsimidə büdcə pullarını həzm-rabedən keçirməyə başlayır.
Xatırladırıq ki, Əsgərovlar qəza törətməkdə mahirdirlər. Keçən il yayılan xəbərlərdən biri beləydi ki, piyadanı vurub öldürən 90 AA 159 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil Nəsimi rayon icra başçısı Asif Əsgərova məxsusdur.Bu xəbəri Həbib Müntəzir Feysbuk statusunda paylaşmışdı.. Lakin Nəsimi Rayon İcra Hakimiyyəti məlumatı nə təsdiq, nə təkzib etmişdi.Sadəcə, Əli Həsənovun nəvəsinin məlum cinayəti ilə eyni vaxta təsadüf etdiyi üçün bu olayı diqqətdən kənar qoymuşdu.Hadisə avqustun 5-də, saat 21:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Məlum olub ki, 90 AA 159 dövlət nömrə nişanı “VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində “Belrustroy” MMC-yə məxsus “VAZ” markalı avtomobilin üzərində qeydə alınıb.Lakin “Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.
Bəzi imkanlı şəxslər avtomobilinə AA seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar.Çünki DYP AA seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər.Bəzən isə üzərində AA seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər. AnaXeber.az media üzərindən yazır ki, A.Əsgərov Nəsimi rayonunu şairin dərisi kimi sərpa soymaqla məşğuldur. Gah əraziləri qarış-qarış satır, gah yaşıllıqlara “divan tutur”.Məsələn, ötən il Asif Məhərrəmov küçəsində 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb olmuşdu. Çünki ərazidə qanunsuz tikinti işləri aparılırdı.
Təkcə bu fakt deyil. Rayonun Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı. Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar. Bu da təbiidir.Bir canlının tələf olmasına baxmayaraq, övladını cəzalandırmayıb onu həbsxanadan kurorta göndərən məmur üçün təbiətdəki canlıların məhv olmasının heç bir əhəmiyyəti yoxdur.
Odur ki, Nəsimini darmadağın edən, hər boş gördüyü yeri, yaşıllığı satan icra başçısından ciddi şəkildə narazılıq var. Hətta sakinlər sələfi Nəsib Məhəməliyevə şükür edirlər.

Məlum olub ki, məhv edilən yaşıllığın yerində “T” şəkilli tikiləcək 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirir. Rayonda digər “agac qətliamı” Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirilib. Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqlayıblar.Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildiriblər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə başça yox, başqa obyektin tikiləcəyini deyirlər.Asif Əsgərovun qol qoyduğu ən böyük skandallardan biri isə 2015-ci ilin payızında baş verdi. Belə ki, o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus (Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldü.Rafiq Əliyev isə baş verənlərlə bağlı mətbuata çıxaraq bildirdi ki, tikinti üçün tələb olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi məktub ünvanlayıblar.

Ancaq sonradan virtualaz.org saytına müsahibə verən sabiq komitə sədri söhbətində Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan 300 min manat rüşvət istədiyini qeyd etmişdi.R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib. Bax, belə, A.Əsgərov bu dosyenin sahibi olan məmurdur. Qalanına prezident qərar verəcək…

Paylaş