Yevlaxın Cirdaxan kəndində yetkinlik yaşına çatmayan uşaqların erkən nikahına da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova susqun qaldı.

FİA.Az xəbər verir ki, bəyin 12, gəlinin isə 14 yaşı olmasına, toylarının keçirilməsinə baxmayaraq, komitə sədri səsini çıxarmadı.

Evlənən cütlüyün yaşının az olması sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov unikal.org-a deyib ki, toy bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib.
pullar sovrulub
Həmin toy qaraçılar yaşayan ərazidə baş tutub. Toyun harda keçirilməsindən asılı olmayaraq, hadisə Azərbaycanda qeydə alınıb.

Komitə tərəfindən isə heç bir addım atılmayıb. Azərbaycan qanunvericiliyən görə, azyaşlıların evlənməsi cinayət məsuliyyəti yaradır.

Son illərdə isə erkən nikahların sayı artıb. Cənub bölgəsində bu hallar kütləviləşib. Amma komitəyə maarifləndirmə ilə bağlı ayrılan pullar havaya sovrulub.

Əməkdaşımız dəfələrlə komitənin mətbuat xidmətinə zəng etsə də, telefonumuza cavab verilməyib. Sanki, məlum məsələyə Kənd Təsərrüfatı Nazirliyi münasibət bildirməli imiş.

Eyni zamanda Yevlax rayon təhsil şöbəsinin də məsuliyyəti az deyil. Lakin əsas diqqət komitəyə yönəlir. H.Hüseynovanın fəaliyyətsizliyi ölkədə erkən nikahların çoxalmasına səbəb olmaqdadır.

Həmin uşaqların valideynlərinin də günahı çoxdur. Amma komitə mətbuatda xəbər tutduqdan sonra Yevlaxa getməli, ailəni tapmalı, hüquq-mühafizə orqanlarını məlumatlandırmalı idi.

2016-cı ildə erkən nikahla bağlı 312 fakt qeydə alınıb. Bu, yalnız aşkara çıxarılan faktlardır. Təbii ki, məsuliyyətdən yayınanlar da ola bilər.

2011-ci ildə Cinayət Məcəlləsinə erkən yaşda nikaha daxil olmağa məcbur etməyə görə əlavə maddə daxil edilmişdi.

CM-nin 176.1-ci maddəsinə görə, qadını iradəsinə zidd olaraq, nikaha daxil olmağa məcbur edən şəxs 2000 manatdan 3000 manatadək cərimələnir və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

H.Hüseynova başda olmaqla komitənin fəaliyyətsizliyi boşanmalarda da özə ksini tapmaqdadır.

Ümumiyyətlə, bu qurum dövlət büdcəsindən pul silən maşınlardan biridir. Əslində, komitənin ləğv olunması və Təhsil Nazirliyinə birləşdirilməsi gözlənilirdi.

Bu komitənin saxlanması yerinə həmin vəsaitlər QHT-lərə ayrıla bilər. 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Ötən il 15 minə yaxın ailədə boşanma faktı dəhşətli statistikadır.
Bu fakt hələ rəsmi məlumatdır və səhih olmaya bilər. Yəni, 15 mindən çox boşanma istisna edilmir.

Ailələrdəki boşanmanın müxtəlif səbəbləri var: maliyyə, qısqanclıq, münasibətlərdə uyğunsuzluq, övlad olmaması, şəxsi münaqişələr, social problemlər, şəraitsizlik və s.

Ancaq bir il ərzində 15 min ailədə boşanma qeydə alınıbsa, ilk növbədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyini aktuallaşdırır.

Komitə sədri Hicran Hüseynova tez-tez regionlarda görüşlər keçirdiyini mediada tirajlayır.

AQUPDK-nın maarifləndirici tədbirlər həyata keçirdiyi, problemli ailələrə yardım etdiyi görüntüsü yaradılır.

Faktiki olaraq isə komitənin fəaliyyəti formaldır, imitasiyadır, kosmetik xarakter daşıyır. Bunun nəticəsidir ki, ötən il 15 min ailə boşanıb.

Deməli, H.Hüseynovanın komiəsi heç bir effektiv iş görməyib və müsbət nəticələrə nail olmayıb. Bunu statistika təsdiqləyir.

Xatırladaq ki, Hicran Hüseynova və həmin komitənin sabiq aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min dollarlıq rüşvət qalmaqalı uzun müddət gündəmdə olub.

Ölkə hüdudlarından kənarda olan Səfər İmanov faktı danmır və bunu komitə sədrinin göstərişi ilə icra etdiyini iddia edirdi.

Rüşvət verən, yəni zərərçəkən tərəf Eynar Kərimov 170 min dolları S.İmanovun vasitəsilə komitə sədri Hicran Hüseynovaya verdiyini və əlində bu faktı sübut edəcək səsyazısı olduğunu deyirdi. Qarşı tərəf isə iddiaları rədd edirdi.

Bu gün yalnız Hicran Hüseynova deyil, vəzifədə olan əksər məmurlar korrupsiya bataqlığında boğulurlar və bundan da qurtulmaq niyyətində deyillər.

Azərbaycanda idarəçiliyində müdirin xəbəri olmadan, nəinki onun müavinləri, ayrı-ayrı işçiləri, heç qapıçısının da özbaşına addım atması mümkün deyil. Bu sistem İsveçrə saatından dəqiq işləyir.

 
Paylaş