Teref.info olaraq gömrükdə baş alıb gedən rüşvət olayları haqqında çox yazmışıq. Qapalı sistem sayılan gömrük komitəsindən rüşvətin yığılmadığını iddia edəndə bizdn faktlar istəyirlər.
Lakin əsas budur ki, bu rüşvət sistemi göydən yerə enməyib. İndiki DGK -nin yeni sədri Səfər Mehdiyev sədrin 1-ci müavini olanda artıq bu sistem işləyirdi.Deməli möhtərəm DGK-nin yeni sədri heç də burda baş verənlərə nabələd adam deyil. Və əslinə qalsa bütün bu sərhəddə başverən qanunsuzluqlar mərkəzdən idarə olunur. Bunu dolayısı ilə sürücünün sualına cavab verən gömrük işçisidə boynuna alır.
Sürücünün haqlı iradına gömrük işçisi:
-Mənə belə gösətriş veriblər. -deyir
Əslinə qalsa videoda gördüyünüz kimi DGK-ndə idarəedənlərdən başqa heç nə dəyişməyib.Yenədə rüşvət baş alıb gedir, korrupsiya və qanunsuzluqlar tüğyan edir. Burada qanunlar yox, yuxarıdan gələn göstərişlər hökm sürür.
Bax.tv Gömrük Komitəsinin İdxal Gömrük Nəzarətində sürücülərdən rüşvət alınması ilə bağlı video yayımlayıb.Videoda qeyd edilir ki, Gürcüstan gömrük məntəqəsində dayanacaq haqqı ödəyən sürücülər Azərbaycan tərəfə keçdikdə də onlardan 20 manat alınır.
Cənab Səfər Mehdiyev əgər doğrudanda bu qədər işlədiyiniz sistemin bədənidə olan qarayaraları görmürsünzsə və bizdən faktlar istəyirsinizsə buyurun bu da o istdiyiniz faktlardan biri! Lakin bu yüzlərlə faktlardan biridir və sizi əmin edirəm ardı gələcək!
Teref.info
Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.info
Videonu olduğu kimi təqdim edirik.

Paylaş