“Banan Elçin”lə Xəlilov qardaşları arasında başlayan milyon yarımlıq mübahisəyə Rusiya İstintaq Komitəsi qarışıb; Elçin Əhmədovla Elbrus Məmmədov istintaqdan yayınıb, Azərbaycana sığınıblar; “Ciyər axşamı”nda qurulan masada kimlər olub…
1 milyon 500 min dollarlıq mübahisənin arxasındakı müdhiş məqamlar
Bu günlərdə Rusiyanın “Kommersant” qəzeti Sank-Peterburqda meyvə-tərəvəz biznesilə məşğul olan azərbaycanlı biznesmenlər arasında baş vermiş qalmaqaldan yazıb. Məqalədə bildirilir ki, Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan iri çaplı iş adamları Elçin Əhmədovla (ona “Banan Elçin” deyilir. Bu sahəni monopoliyada saxladığı üçün-red.) Novruz Xəlilov və ikincinin qardaşları arasında mübahisə yaranıb. Qəzetin yazdığına görə, E.Əhmədov N.Xəlilovun 1 milyon 500 min dollar pulunu quldurluq yolu ilə ələ keçirib. Musavat.com Rusiyanın nüfuzlu nəşrlərindən olan “Kommersant”da çıxan yazının linkini təqdim edir https://www.kommersant.ru/doc/3676178
İstintaqın versiyasına görə, biznesmen öz menecerləri ilə birgə şəriklərinin kassasından 12 milyon rubl, təxminən 1 milyon 500 min dollar quldurluqla ələ keçirib. (musavat)