Bir müddət öncə Realliq.info – da işıq üzü görən “Şamaxıda Ampa kabusu” başlıqlı yazıdan sonra redaksiyamıza müraciətlərin sayı artmaqdadır. Rayondan bizə yazan oxucular “AMPA” ləqədbli Əflatun Məcidovun özbaşınalığından geniş bəhs edirlər. Biz radksiyamıza ünvanlanan müraciətlərlə bağlı araşdırmalar apardıq və “Ampa”-nın Şamaxıda həqiqətən bir kabusa çevrildiyinin şahidi olduq.

İlk öncə qeyd edim ki, Əflatun Məcidovun qardaşları hüquq – mühafizə orqanlarında yüksək vəzifə tuturlar. Belə ki, Rauf Məcidov Tərtər rayon polis şöbəsinin rəisi, Seyidəli Məcidov Şirvan şəhər prokurorunun müavini, Ramiz Məcidov Şamaxı rayon polis şöbəsində aparıcı müstəntiqdir. Bununla yanaşı qardaşların Bakıda və Şamaxıda böyük biznesi var. Onlar bina tikintisi və digər bu kimi işlərlə tanınır.
Şamaxılı “Ampa” ləqəbli Əflatun Məcidov haqqında dəhşətli faktlar – Polisə zorakılıq, güllələnmə, icra başçısına üsyan, ...
Əflatun Məcidovun heç bir vəzifə sahibi olmaması qardaşların biznesinə sənədləşmədə sahib çıxması ilə əlaqələndirmək olar. Şamaxı avtovağzalı, rayonda şadlıq sarayları, Pirquluda restoran və hotellər, Çuxuryurdda, Avaxlıda hektarlarla torpaq sahələri Əflatun Məcidovun şəxsi əmlakı hesab olunur. Bununla yanaşı Şamaxıda zavodu, 160 – a yaxın yük daşıyan maşını və özünün istifadəsində olan 20 – yə yaxın bahalı avtomobili var. “Ampa” həmin avtomobilləri ancaq bir dövlət nömrə nişanı ilə idarə edir. Sonu 005 nömrəsi ilə bitən avtomobillərin sahibi özünü “oğru aləminin” üzvü sayır.
Adları çəkilən Məcidovlar rayonda illərlə baş verən criminal hadisələrin əsas səbəbkarları hesab olunur. Bu yaxında rayonda baş verən silahlı incident də “Ampa” ləqəbli Əflatun Məcidovun adı ilə bağlanır. Fakt isə odur ki, hadisəni törədən və vətəndaşın evinə hücum çəkərək odlu silahla onu yaralayan şəxslər – Samir və Nadir qardaşları Məcidovların bacısı uşaqlarıdır. Dayılarının yüksək vəzifə tutması və “AMPA” – nın “oğru ideyası” bu kimi cinayətlərin sıralanmasına səbəb olur.

Şamaxılı “Ampa” ləqəbli Əflatun Məcidov haqqında dəhşətli faktlar – Polisə zorakılıq, güllələnmə, icra başçısına üsyan, ...
Qeyd etdiyimiz kimi Şamaxıda illərlə baş verən cinayətlərdə bu şəxsin adının hallanması təsadüfi deyil. Bir müddət öncə Yol polisi əməkdaşına xəsarət yetirilməsi (bu faktı araşdırırıq və ətraflı məlumat verəcəyik), rayon icra başçısına qarşı üsyan qaldırılması kimi hadisələrin “Ampa” ləqəbli Əflatun Məcidov tərəfindən həyata keçirildiyinə dəlillər var. Şamaxının icra başçısı Asif Məmmədovun rayonun girişində ucaltdığı zəhmətkeş simvoluluğu özündə əks etdirən abidənin uçurdulması “Ampa”-nın bu sayaq işlərindən biridir. Həmin illərdə (2013 – cü ildə) icra başçısına qarşı etiraz aksiyalarının başlanması da Məcidovların adı ilə bağlıdır.

İcra başçısının tapşırığı ilə rayonun girişinə qoyulmuş abidə “Ampa”-nın xoşuna gəlməmişdi. Bundan sonra əlaltılarına verdiyi avtobillə abidənin uçurulmasını tapşıran Əflatun Məcidov məqsədinə çatmışdı. Gecə ilə yük maşınını idarə edən şəxs maşını yoldan çıxardaraq abidəyə çırpmış və onun dağıdılmasına verilən tapşırığı icra etmişdi.
Şamaxılı “Ampa” ləqəbli Əflatun Məcidov haqqında dəhşətli faktlar – Polisə zorakılıq, güllələnmə, icra başçısına üsyan, ...
“Ampa” ləqəbli Əflatun Məcoidovun qanunsuz əməlləri bunlarla birmir. Realliq.info – nun poçtuna göndərilən video görüntülər adıçəkilən kriminalın nələrə imza atdığının göstəricisidir. Video görüntülərdə “Ampa” – nın yaxın ətrafı və dostu Sadiq adlı şəxsin, Rusiyadan toy etmək üçün vətənə qayıdan Seymur (bəziləri həmin şəxsin adının Lətif olduğunu qeyd edir) adlı şəxsi vəhşicəsinə döymələri və hadisənin necə lentə alınması nümayiş olunur. Rusiyada hörməti olan şəxsin, Əflatun Məcidovun tapşırığı ilə dəhşətli hala salınmasını özündə əks etdirən videoda etikdən kənar ifadələr işləndiyindən sizə təqdim edə bilmədik. Lakin videoda bəzi səs mantajı aparılır və yaxın saatlarda Realliq.info vasitəsilə sizə təqdim ediləcək.

Şamaxıda öz qaydalarını tətbiq edən və hamını hədələməkdə davam edən “Ampa”-nın sosial şəbəkələrdə “oğru” və ya “vor zakon” kimi təbliğ edilməsi də aşağıdakı fotoda açıq görünür. Sağlam gəncləri ətrafına şəkən Ədalət Məcidov illər keçdikcə onları cinayətə təhrik edir və nəticədə qüvvələrin onunla hesablaşmasını təmin edir. Rayonda “Ampa” – nın istəklərinə və qaydalarına qarşı çıxanlar ağır cəzalandırılır. Yaxın keçmişdə bacısı uşaqları tərəfindən həyata keçirilən cinayət hadisəsi buna misal çəkilə bilər.
Şamaxılı “Ampa” ləqəbli Əflatun Məcidov haqqında dəhşətli faktlar – Polisə zorakılıq, güllələnmə, icra başçısına üsyan, ...
Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, Məcidovlar bacısı uşaqlarını həbsdən qurtarmaq üçün cinayətin baş vermə səbəblərini saxtalaşdırmaq üçün istintaqa təzyiq edirlər. Hətta istintaqda odlu silahdan istifadə edilməsi faktını dəyişdiriblər. Onlar hadisədə zərərçəkən şəxsin susdurulmasına da nail olublar.Hadisə isə belə olmuşdu: Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, Şamaxı şəhərində yaşayan Elxan adlı şəxs Nadir və Samir adlı şəxslər tərəfindən evində güllələnib. Hadisə nəticəsində ağır yaralanan Elxan Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Realliq.info – ya bildirilib ki, Elxanın qarın və qol nayihəsindən güllə yarası alıb.

Hazırda bu yöndə ciddi araşdırmalarımız davam edir və yaxın günlərdə cinayətin baş vermə səbəbi və halları barədə ətarflı məlumat verəcəyik.
Əflatun Məcidovun rayonda vəzifə tutan yol polisi əməkdaşına qarşı etdiyi qanunsuz əməllə bağlı faktlara qısa zamanda aydınlıq gətirəcəyik.

Paylaş