Ölkənin ən səsküylü icra başçılarından olan Ənvər Seyidəliyevlə bağlı yeni xəbərlər daxil olmaqdadır. Rayon rəhbərinin medianın yazdığına görə yaxın müddətdə yola salınacağı ehtimal edilirdi. Daha sonra Ağsu icra başçısının bacısı oğlu eks-nazir Səlim Müslümov işindən azad edilməsi artıq hakim dairələrdə Seyidəliyevin dayaqlarını silkələmişdi. Əhaliyə zülm edərək Ağsunu ailə biznes mərkəzinə çevirən icra başçısı mülkünün sayını hətta itirib. Qazilər şəhid ailələri, aztəminatlı sosial problemdə boğulan dinc əhalini hakim dairələrə qarşı qaldırmaq yönündə sürətlə addımlayan rayon rəhbərliyi sanki bacıoğlunun qisasını alırmış kimi görüntü verməkdə idi. Hətta Səlim Müslümovdan yuxarı dairələrə şikayət ünvanlayan şəxsləri rayon polisi və məhkəmə orqanlarının vasitəsiylə hədə-qorxu gələrək susmağa vadar etməkdən belə çəkinməməkdədirlər. Müslümovlar və Seyidəliyevlərin Ağsu rayonunu tamamilə işğal altında saxlamaları əhali arasında ciddi narazılığın yaranmasına gətirib çıxarmışdı. Sonu görünməyən dəryalarda üzən gəmilər hansı limanda dayanacağı isə sual altındadır. Hətta hakim dairələrdən narazı qalan icra başçısının müxalifət düşərgələrinədə külli miqdarda yardım etməsi ilə bağlı söz söhbətlər durmadan paytaxta qədər gəlib çıxmaqdadır.
Rayondakı mənbədən Bakunews.az verilən məlumata görə, Ağsu İcra Hakimiyyətində ciddi yoxlamalar başlanıb. Və yaxın günlərdə icra başçısının da ola bilsinki vəziəsinə son veriləcəyi qeyd edilir. Bu baraədə Bakunews.az-a məlumat verən mənbə qeyd edir ki, 3 gün tamam aparılan yoxlama nəticəsində dəfələrlə İcra Hakimiyyətinin inzibati binasına təcili tibbi yardım çağrılıb. Ə.Seyidəliyevin rayona gələn qonaqların hansı təpkisindən vəziyyətinin pisləşməsi isə naməlum qalmaqdadır. Məsələ ilə bağlı rayan caamatı arasında deyilənə görə Ənvər Seyidəliyevin artıq yola salınması gözlənilir məhz elə aparılan yoxlamalarda bununla bağlıdır – deyə sakinlər qeyd edib. Həmçinin məlumatda qeyd edilir ki, Ə.Seyidəliyev 3 gündür sistem altındadır. Aparılan yoxlamalar nəticəsində səhhəti kəskin pisləşib. Məsələ ilə bağlı icra başçısı Ənvər Seyidəliyevin şəxsi nömrələrinə zəng açdıq. Təsüflər olsun ki, etdiyimiz zənglər cavabsız qaldı məsələyə münasibət öyrənmək mümkün olmadı. Bu da deyilənlərin həqiqəti əks etdirməsindən hətta vəziyyət o qədər pisləşib ki, İcra başçısı telefonuna cavab verməsi üçün səhhəti imkan vermir deyə düşündük.
Bakunews.az olaraq qarşı tərəfin hüquqların tanıyır və onun məsələ ilə bağlı münasibətini dərc etməyə hazırıq.