Az əvvəl məlumat yayıldı ki, Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib.
Dövlət Gömrük Komitəsindən verilən rəsmi məlumatda deyilirdi ki, o, “Toyota Camry” markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb. Davud Rövşən oğlu Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Yəni görünəni odur ki, DGK sədri Səfər Mehdiyev qanunla işləməsi barədə görüntü yaratmağa çalışır. Amma məsələnin əslində belə olmadığı iddia olunur. Bu barədə DİA.AZ-a məlumat verən gömrükdəki qaynaq iddia edir ki, bu gün “vurulan” Davud Qəhrəmanov da daxil olmaqla, Səfər Mehdiyevin qəzəbinə tuş gələn keçmiş gömrükçülərin əksəriyyəti əlsində DGK sədrinin QİSAS ƏMƏLİYYATININ qurbanlarıdır.
Mənbə dia.az-a açıqlamasında iddia edir ki, proses vundan sonra da davam edəcək və hətta DGK rəhbərliyində də təkrar olaraq əksini tapacaq.
Mənbənin dia.az-a söylədikləri: “Məsələn hazırda DGK sədrinin müavini postunu tutan Əsgər Abdullayev də Səfər Mehdiyevin “vuracağı” fiqurlardandır. Çünki DGK sədri köhnədən olan bir ədavəti hələ də unuda bilmir. Həmin zaman Aydın Əliyev DGK sədri idi və Əsgər Abdullayevlə Səfər Mehdiyevin maraqları sərt formada toqquşmuşdu. İndi isə Səfər Mehdiyev rəhbərdir və onun Abdullayevlə haqq-hesab şürüdə bilməsi üçün geniş imkanları var və bundan istifadə edəcək də”.