Yol polisində oliqarxa çevrilmiş idarə rəisi və ya 30 milyonu necə qazanmaq olarOrtabab, hətta kiçik ranqlı məmurların xərclədikləri vəsaitləri eşidəndə adamın əli üzündə qalır

Bu günlər övrətlərin mətbəxdə, yolda, dükanda ən çox müzakirə etdikləri məsələ bankir Cahangir Hacıyevin halalca zövcəsi Zamirənin Londonda adi alış-verişə 16 milyon xərcləməsi əsas mövzudur.

Bizimkilər o yana dursun, ingilislərin özləri də bu işə mat qalıb. Rus mediası da bu xəbərə xüsusi diqqət ayırır.

Yəni, halal yolla qazanılan məbləği belə vəhşicəsinə xərcləmək olmaz. Hər şeyin başında korrupsiyadır.

Prezidentin işdən çıxardığı diğər məmur- Rüfət Aslanlının tək qolundakı satının 70 min dollar olması üzə çıxıb. Onun barasində məlumatlar hələ yenidir. Yaqin zırıltı xəbərlər hələ qabaqdadır.

Bunlar necə deyərlər iribuynuzlu məmurlardır.

Ortabab, hətta kiçik ranqlı məmurların xərclədikləri vəsaitləri eşidəndə adamın əli üzündə qalır.

Məsələn, Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi var. Bu şöbə Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı sakinlərinə xidmət göstərir.

Şöbənin rəisi, polkovnik-leytenant Tariyel Məmmədov təqaüdə çıxmağa hazırlaşmır. Halbuki yaşı çoxdan çatıb. Kreslodan ayrıla bilməməsinin isə sadə səbəbi var.

Bu zabit vaxtilə Gəncəyə təyinat ( 9 saylı “MERO”) alanda açıq hər yerdə deyirmiş ki, vəzifə üçün 750 min manat rüşvət verib. Bu haqda xeyli saytlarda açıq məlumat var:

“Vəzifəyə gəldiyi ilk aylar hər bir sürücülük vəsiqəsinə görə 800 AZN tələb edən Tariyel Məmmədov bu pulun 650 manatının guya yuxarı çatacağını, qalan 150 AZN isə dədə malı kimi kollektiv arasında bölünəcəyini elan etmişdi. Və Tariyel Məmmədovun qoyduğu qaydaya görə kar, kor pulunu verib sürücülük vəsiqəsi ala bilər, ancaq heç bir vətəndaş öz biliyi ilə sürücülük vəsiqəsi ala bilməz.

Tariyel Məmmədov öz işçilərinə hər cür vasitə ilə vətəndaşları imtahandan kəsməyi tapşırıb, əks halda isə səxsi heyət öz cibindən “katyol”a pul ödəməlidir. Bu qayda ilə Tariyel Məmmədov “MERO”-nun tarixində yeni eranın əsasını qoyub. Ölkə prezidentinin dövlət məmurlarına qayğısı, dövlətdən aldığı yüksək maaş isə Tariyel Məmmədovu qane etmir. Hətta vətəndaşlar narazılıqlarını bildirəndə, o, vətəndaşları otağından qovaraq deyir ki, “istəyirsiniz gedin prezidentə şikayət edin, mənim üçün fərqi yoxdur, yığılan pulları mən Baş İdarəyə verirəm” Mənbənin bildirdiyinə görə Tariyel Məmmədovun sevimli bir şüarı var: “Kim deyir bu ölkədə haqq ədalət yoxdur, haqqını ver ədalətini al”. Yəni ədaləti, haqqı ancaq pulla almaq olar… “

Belə bir şəxs indi Lənkarana təyinat alıb. Təqaüd yaşına çatmasına rəğmən.

Axı aidiyyəti qurumlar Tariyel Məmmədovdan niyə soruşmurlar ki, bu milyonları hansı yollarla əldə etmisən, idarə etdiyin 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 100.000 dollar qiymətində olan Lexsus CS 350 markalı avtomobil, “Torqovı” küçəsində yerləşən “ADİDAS “ dükanının üstündə 10.000.000 manatlıq mənzil, İSR-PLAZA ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan “Ciko” adlanan geyim mağazası, “Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, “İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 20.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan villa hansı pullarla alınıb?

Ölkə başçısının rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə elan etməsinə baxmayaraq, Tariyel Məmmədov öz yaxınlarına deyir ki, narahat olmayın, lazımı adamlara pul vermişəm və vəzifədə ən azı 1 il də qalacam.
Korrupsiyaya qarşı mübarizədən söhbət düşəndə Tariyel Məmmədov deyir ki, boş şeydir, bütün əmlakımı həyat yoldaşımın adına rəsmiləşdirmişəm. Bu məbləğn 30 milyon manat olduğu deyilir. Bu heç bir iqtisadi qanunlara da sığımır. Dünyanın heç bir yerində az bir vaxtda bu boyda varlanma ola bilməz. Deməli, bütün bunların arxasında dəhşətli korrupsiya, rüşvət var. Taryiyel Məmmədovun da əmlakının siyahısı adamı dəhşətə gətirir. Bəlkə də bir müddətdən sonra Tariyel Məmmədov da Elşad Abdullayevin yolunu tutacaq. Çünki böyük kapital siyasi iştahanı açır. Elə bilir ki, bununla özünü hər şeydən sığortalayıb. Bu adam hələ də başa düşmür ki, xırda bir araşdırma nəticəsində bir xanımın adına bu boyda əmlakın olmasının cinayət olduğunu aidiyyəti orqanlar asanlıqla sübut edə bilər. (mozalan.az)

Paylaş