“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədri Saleh Məmmədovun Avropada biznesinin üzə çıxması qurum rəhbəri tərəfindən heç nə olmamış kimi qarşılandı. Bu sükunəti anlamaq da olar. Agentlik sədri sənədlər qarşısında susmağa üstünlük verdi. Axı nə deməliydi, 20 yaşlı oğlu bacarıqlı, fərasətli biznesmendir, xaricdə şirkətlər açıb? Bəsdirin, siz Allah. Niyəsə elə ancaq istedadlı, qabiliyyətli iş adamları məmur balalarından çıxır, camaatın uşaqları hamısı kordu, mağmındır. Cahan.info yada salır ki, Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına… Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Haradandır axı bu qədər pul? Siz Allah, mətbuat xidməti açıqlama verib deməsin ki, halal pullardır, uşaq öz zəhməti ilə iş qurub. Bu ölkədə neçə-neçə bacarıqlı biznesmenlər xırda mağazalarını güclə saxlayırlar, bəyin oğlu Londonda alın təri ilə şirkət yaradır. Deyin ki, yollarda silinən milyonlar, ötən dövrdə əldə olunan qeyri-leqal vəsaitlər hesabına…Mikayıl Müşviqin abidəsini dağıdıb, sonra bərpa etməyə məcbur qalan Saleh kişinin övladı çox cəfakeş imiş. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır. Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə 22 fevral tarixində verdiyi açıqlamada deyib ki, Bakının 11 rayonunda yolların təmirinə start verilib. “Bakıda abadlıq işləri vüsət alıb. Artıq Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonları ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulmasına başlanılıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq”,-deyə Agentliyin rəhbəri bildirib. Açıqlamada maraqlı məqam diqqətimizi çəkir. Qeyd olunur ki, 11 rayonda yollar bərbad vəziyyətdədir. Bəs bu qədər vaxtda qurum fəaliyyət göstərməyib? Bəs dövlət büdcəsindən ayrılan milyonların taleyi necə olub? Görünən odur ki, qurum ayrılan milyonları yollara “tökməklə” məşğul olub. Yox, yox, əslində oğlunun Londondakı işlərini genişləndirmək üçün yaxşı yeyinti imkanları yaranıb. Doğurdan da 11 rayonda yollar bu günə kimi niyə asfaltlanmayıb? Vaxtilə milyardlar toplamış, topdağıtmaz biznes imperiyasına malik sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun hesabına karyera yüksəlişi yaşamış komanda var idi. Sonra ona dönük çıxan komanda üzvləri vəzifələrində yüksəlsələr də, keçmiş naziri yarı yolda qoydular. Hətta kim bilir, nə ona bir dost kimi zəng edirlər, nə görüşürlər. Amma hərəsi ölkənin nəqliyyat infrastrukturunda mühüm postlara yiyələnmiş həmin məmurlar indi azı Z.Məmmədov qədər var-dövlətə, sərvətə sahiblənməkdədirlər. Saleh Məmmədov 11 rayonda milyonlar silir, oğlu isə “alın təri” ilə Londonda… 10-08-2019, 17:22 Saleh Məmmədov 11 rayonda milyonlar silir, oğlu isə “alın təri” ilə Londonda…“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədri Saleh Məmmədovun Avropada biznesinin üzə çıxması qurum rəhbəri tərəfindən heç nə olmamış kimi qarşılandı. Bu sükunəti anlamaq da olar. Agentlik sədri sənədlər qarşısında susmağa üstünlük verdi. Axı nə deməliydi, 20 yaşlı oğlu bacarıqlı, fərasətli biznesmendir, xaricdə şirkətlər açıb? Bəsdirin, siz Allah. Niyəsə elə ancaq istedadlı, qabiliyyətli iş adamları məmur balalarından çıxır, camaatın uşaqları hamısı kordu, mağmındır. Cahan.info yada salır ki, Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına… Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Haradandır axı bu qədər pul? Siz Allah, mətbuat xidməti açıqlama verib deməsin ki, halal pullardır, uşaq öz zəhməti ilə iş qurub. Bu ölkədə neçə-neçə bacarıqlı biznesmenlər xırda mağazalarını güclə saxlayırlar, bəyin oğlu Londonda alın təri ilə şirkət yaradır. Deyin ki, yollarda silinən milyonlar, ötən dövrdə əldə olunan qeyri-leqal vəsaitlər hesabına…Mikayıl Müşviqin abidəsini dağıdıb, sonra bərpa etməyə məcbur qalan Saleh kişinin övladı çox cəfakeş imiş. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır. Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə 22 fevral tarixində verdiyi açıqlamada deyib ki, Bakının 11 rayonunda yolların təmirinə start verilib. “Bakıda abadlıq işləri vüsət alıb. Artıq Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonları ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulmasına başlanılıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq”,-deyə Agentliyin rəhbəri bildirib. Açıqlamada maraqlı məqam diqqətimizi çəkir. Qeyd olunur ki, 11 rayonda yollar bərbad vəziyyətdədir. Bəs bu qədər vaxtda qurum fəaliyyət göstərməyib? Bəs dövlət büdcəsindən ayrılan milyonların taleyi necə olub? Görünən odur ki, qurum ayrılan milyonları yollara “tökməklə” məşğul olub. Yox, yox, əslində oğlunun Londondakı işlərini genişləndirmək üçün yaxşı yeyinti imkanları yaranıb. Doğurdan da 11 rayonda yollar bu günə kimi niyə asfaltlanmayıb? Vaxtilə milyardlar toplamış, topdağıtmaz biznes imperiyasına malik sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun hesabına karyera yüksəlişi yaşamış komanda var idi. Sonra ona dönük çıxan komanda üzvləri vəzifələrində yüksəlsələr də, keçmiş naziri yarı yolda qoydular. Hətta kim bilir, nə ona bir dost kimi zəng edirlər, nə görüşürlər. Amma hərəsi ölkənin nəqliyyat infrastrukturunda mühüm postlara yiyələnmiş həmin məmurlar indi azı Z.Məmmədov qədər var-dövlətə, sərvətə sahiblənməkdədirlər. Bu da azmış, “Şakir Şəkəroviç”in aqibətini yaşayan Ziya Məmmədovu axtarıb-aramayan keçmiş silahdaşları, onun sayəsində vəzifələr qalxmış məmurlar tez-tez bir araya gəlir, ziyafətlər təşkil edir, yeyib-içib gələcək günlərin sağlığına badə qaldırırlar. Belə bir iddia dolu məlumatla çıxış edən sosial şəbəkə istifadəçiləri şərhlərin birində yazıblar ki, söhbət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədov və Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovdan gedir. Həqiqətən də vaxtilə “Azəryolservis” ASC-də sədr müavini olan S.Məmmədovun indi Avropadakı biznesi üzə çıxır, milyonluq səltənətləri aşkarlanır. Bütün bunlar həm də Ziya Məmmədovun ona açdığı cığırın nəticələridir. Məlumatlı qaynağın sözlərinə görə, S.Məmmədovun kəhkəşanı Tərtər rayonuna qədər gedib çıxıb. Agentlik sədrinin bu sərhəd rayonunda tikdirdiyi villası dostları ilə ziyafət, məclis ünvanlarından biridir. Belə iddialar var ki, S.Məmmədov baş dəmiryolçu C.Qurbanovu və digər vəzifəli dostlarını vaxtaşırı başına toplayaraq, Tərtərdəki villasında qonaqlıq məclisi təşkil edir. Oxunub: 10 023 Bu da azmış, “Şakir Şəkəroviç”in aqibətini yaşayan Ziya Məmmədovu axtarıb-aramayan keçmiş silahdaşları, onun sayəsində vəzifələr qalxmış məmurlar tez-tez bir araya gəlir, ziyafətlər təşkil edir, yeyib-içib gələcək günlərin sağlığına badə qaldırırlar. Belə bir iddia dolu məlumatla çıxış edən sosial şəbəkə istifadəçiləri şərhlərin birində yazıblar ki, söhbət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədov və Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovdan gedir. Həqiqətən də vaxtilə “Azəryolservis” ASC-də sədr müavini olan S.Məmmədovun indi Avropadakı biznesi üzə çıxır, milyonluq səltənətləri aşkarlanır. Bütün bunlar həm də Ziya Məmmədovun ona açdığı cığırın nəticələridir. Məlumatlı qaynağın sözlərinə görə, S.Məmmədovun kəhkəşanı Tərtər rayonuna qədər gedib çıxıb. Agentlik sədrinin bu sərhəd rayonunda tikdirdiyi villası dostları ilə ziyafət, məclis ünvanlarından biridir. teref.az

Paylaş