Redaksiyamıza müraciət edən 2 nömrəli Bakı Baza Tibb Kollecinə daxil olmuş Dərgahova Lamiyə Fuad qızı şikayət məktubunda bildirir ki, daxil olduğu kollecə valideyinləri tərəfindən borc aldığı 600 manat ödəyib. Ödənilən məbləğn qəbzini sübüt kimi bizlərə təqdim edən gənc qız böyük qanun pozuntuları ilə qarşılaşıb.
Belə ki, kollecdən imtina edən L. Dərgahova ödədiyi pulu geri ala bilmir. Onun dediyinə görə ailə vəziyyətinin ağır olduğunu nəzərə alıb kollecdən imtina edir. Lakin 2 Nömrəli BBTK-nin direktoru Tibb Elmləri Namizədi Məmmədəliyeva Dilarə Əli qızı, vətəndaşın haqlı narazılığını qəbul etmək əvəzinə qanunu pozmaqla vətəndaşı yuxarı dairələrə müraciət etməyə vadar edir.
Ən maraqlısı isə budur ki, kollecin direktoru, Fuad Dərgahova (L.Dərgahovanın atası) bildirib ki, pulu kollecin təmirinə xərcləmişik. Güya, pulu birbaşa nazirlik ödəməlidir. Əslində, vətəndaş kolləcə yazılı müraciət edib imtina barəsində kollecin rəhbərliyinə müraciət etməlidir. Qarşı tərəf qəti etiraz etmədən vətəndaşın qəbzlə ödədiyi pulu geri qaytarmalıdır. Görünür, kollec direktorunun gəliri onu qane etmədiyi üçün qanunsuz yollarla gəlir əldə etmək arzusundadır. Müəllim kollektivinin cəmiyyət arasında bu cür nüfüzdən düşməyi sözün həqiqi mənasında araşdırılmalıdır.
F.Dərgahov bildirib ki, bu barədə aidiyyəti qurumlara lazımı müraciətlər olunacaq. //jamaz.info//