Son bir neçə ay ərzində “Azəriqaz”ın sayğaclarının sərfiyyatdan artıq yazması ilə bağlı vətəndaşların şikayəti bitib-tükənmir. Vətəndaşların əsas şikayəti “Azəriqaz” işçilərinin smartkart qaz sayğaclarını mexaniki sayğaclarla əvəz etməsi ilə bağlıdır. Dəyişilən sayğacların qaz sərfiyyatını ən azı iki dəfə artıq yazması ilə bağlı yüzlərlə şikayətlər var. Bütün bu şikayətlərə isə “Azəriqaz” rəhbərliyi heç çevrilib gözünün ucu ilə də baxmır. Yəni “cax-cax nə qədər baş ağrıtsa da, dəyirman öz işini görürür”.

Maraqlıdır ki, “Azəriqaz” rəqəmsal dünyada yaşadığımız bu günlərdə gələcəyə deyil, keçmişə doğru addım atır. Bəs görəsən qurumun geri addım atmaqda və smartkart qaz sayğaclarını mexaniki sayğaclarla əvəz etməkdə məqsədi nədir?

Bu sualın cavabını “Azəriqaz”dan verən olmasa da, qurumun davranışlarından belə görünür məqsəd, həm sosial vəziyyəti bu pandemiya günlərində onsuz da ürəkaçan olmayan vətəndaşına cibinə girmək və məcburən insanların cibindən çox ehtiyacları olan pulu çıxarıb öz ciblərinə qoymaq, həm də yeni sayğac quraşdırmaq adı altında dövlət vəsaitlərini məminsəməkdir.

PİA.az xəbər verir ki, Mirnazim Mirişov adlı Biləcəri sakini sosial şəbəkədə “Azəriqaz”ın sayğac maxinasiyalarını ifşa edib. Əslində aşağıda təqdim edəcəyimiz korrupsiya qurumun hər gün məşğul olduğu adi korrupsiya halıdır. Maraqlı olan odur ki, “Azəriqaz”ın dövlətdən və vətəndaşdan oğurluq etmə halalrı əlaqədəar qurumların diqqətini cəlb etmir və baş verənlərə görə heş kəs məsuliyyətə cəlb olunmur. Bu da təbii ki, “Azəriqaz”da bütün bu korrupsiyanı idarə edənlərin iştahını daha da böyüdür və onlar həm vətəndaşı, həm də dözləti talamaq üçün meydanı daha da genişləndirirlər.

PİA.az Biləcəri sakini Mirnazim Mirişovun “Azəriqaz”ın sayğac maxinasiyası ilə bağlı yazdığı postu oxucularının və əlaqədar quqrmların diqqətinə cəlb edir:

“Smartkart qaz sayqaclarıni kütləvi surətdə dəyişib, yerinə mexaniki sayqac qoyurlar. Mənim də evimdə 3 il bundan əvvəl qoyulan sayqacı etirazımı bildirsəm də dəyişdilər. İmza etməyə imtina etdiyim Aktın surətini oxuyuram ki, guya bu dəyişmə zamanı 105 metr 20-lik truba işlənilib. Faktiki olaraq 2 metr 55 sm truba işlənib. Belə həyasızlıq olar? Bu həyasızlıq deyil, cinayətdir, dövlət əmlakını mənimsəməkdir”.

Redsaksiyadan: Burdan o yana bizim deyəcək heç bir sözümüz yoxdur. Söz “Azəriqaz”ın rəhbərliyində və korrupsiyaya qarşı mübarizə aparan dövlət qurumlarındadır:
"Azəriqaz"da korrupsiya şəbəkəsi iş başında - NARAZILIQ!

Paylaş