Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan RespublikasınınRabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadəyə,
              Azərbaycan Respublikasının Baş  Naziri cənab Əli Əsədova,
             Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədova,
              Azərbaycan Respublikasının Baş Prokuroru cənab K.Əliyevə,
               Azərbaycan Respublikasının Maliyyə Naziri cənab S.Şərifova,
             Azərbaycan Respublikasının Hesablama Palatasının sədrinə,
             Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab N.Rəcəbova,
             Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisinə,
             Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə,
              Ombudsman Aparatının sədri xanım S.Əliyevaya,   
             KİV  rəhbərlərinə,           
              Ağsu rayonu, Kalva kəndində yaşayan   fermer Hacıyev Ağagül Ağasan oğlu tərəfindən 

Ş  İ  K  A  Y  Ə  T   ƏRİZƏSİ
    Mən, Ağagül Hacıyev  Ağsu rayonun Kalva kənd sakini olaraq  bu kənddə ömrüm boyu yaşamış və həmişə təsərrüfatla məşğul olmuşam. İndi də Ağsu rayon İcra hakimiyyəti başçısının göstərişi əsasında 2018-ci ildə yerli bələdiyyə tərəfindən mənə 15 illik icarəyə verilmiş 4 ha sahədə maldarçılıqla məşğul oluram. Amma hazırda Bakı şəhərində NZS qəsəbəsində 20 ildir yaşayan Oraz Kazımov adlı birisi kəndimizə yeni “seçilmiş” qardaşı oğlu olan bələdiyyə sədri Tofiq İmaməliyevin əlilə mənim min əziyyətlə qurduğum təsərrüfatı dağıtdırmaq və 15 ha sahəni geri alıb başqasına satmaq istəyir. Buna görə bu qohumlar sövdələşərək mənə qarşı təxribat törətmək üçün Ağsu rayon polis Şöbəsinə 05 yanvar 2021-ci ildə məlumat yazaraq təsərrüfatımda olan tövləni və kiçik yaşayış yerini sökdürməyi xahiş etmişdir. Bu bələdiyyə sədri o qədər ağını itirib ki, hətta məhkəmə qərarı olmadan belə toyuq damının uçurulmasının qanunazidd olmasından xəbərsizdir.
Ona görə də mən də özümə bir vətəndaş olaraq borc bilirəm ki, kənddə mərdiməzar adam kimi tanınan O.kazımov haqqında bunları bildirim:
Dövlət layihə smeta dəyəri 75000 manata  olan  6 bucaqlı poçt məntəqəsindən biri də 2010-cu ildə bizim Kalva kəndində inşa olunsa da 2018-ci ildən tək mişar daşıilə tikilmiş bu balaca poçt məntəqəsi arxa tərəfdən yağış suları nəticəsində çöl və iç divar üzü qopub tökülmüşdür. Divarda çatlar əmələ gəlmişdir Xatırladaq ki,reallıqda dəyəri heç 5-6 min manat belə olmayan belə məntəqənin tikintisi “Azərpoçt” DM-nin baş direktoru olmuş korrupsiya məhkumu Qənbər Bəybalayevin qudası və hal hazırda da RİTNN-nin Dövlət Raotezliklər İdarəsinin rəis müavini, əslən Kalva kəndindən olan Rəhimov Elahət Məhəmməd oğlunun xahişi əsasında yeznələri olan  Nurəddin və Oraz Kazımov adlı birisi tərəfindən qanunsuz olaraq tezbazar tikilib istifadəyə verilmişdir. Hazırda Q.Bəybalayevin qohumları tərəfindən heç bir tender keçirilmədən, tikinti norma və qaydalarına əməl olunmadan tikilmiş keyfiyyətsiz binada poçt əməliyyatçıları iş apara bilmədiklərindən onları təxliyyə edərək yerli İcra Hakimiyyətinin inzibati binasında bir otağa köçürmüşlər. Elahət Rəhimov bu poçt binasında doğma qardaşının poçt müdiri kimi işləməsi üçün tikdirmişdir. Digər qardaşı isə indi də məktəb direktorudur. Elahət müəllim nəinki Kalva kəndində hətta ətraf rayonlardakı kəndlərdə də belə poçt məntəqələrinin tikintisini tikintidən anlayışı olmayan və Sovxoz dövründə taxıl çırpışdırdıqlarına görə məhkumluq həyatları yaşamış bu tifillərə tapşırıb ki, bacılarının evdə qazanları yaxşı qaynasın.
Elə indi də Rabitə və Nəqliyyat Nazirliyindən bir maraqlanan yoxdur ki, dövlətin ayırdığı külli-miqdarda vəsait hesabına tikilmiş bu poçt binası niyə 8 ildən sonra tam yarasız vəziyyətə düşdü?Bu tikintiyə zəmanət niyə verilmədi? İndi hansı büdcədən pul ayrılacaq ki, yeni poçt məntəqəsi tikilsin.

Oraz Kazımovun və Q.Bəybalayevin qohumu olan Elahət müəllim uzun müddətdir ki, rabitədə çalışır. Hələ Q.Bəybalayevin təqdimatı əsasında 2003-cü ildən ən “yağlı və gəlirli” yer hesab olunan “Aztelekom İB” nin İnvestisiya şöbəsinin rəisi vəzifəsinə təyinat aldıqdan sonra Elahət müəllim 2003-2005-ci illər ərzində həmkəndiləlirini də unutmamış, onları “Aztelekom”İB-nin nəzdində ixsaslarının olub olmamasından aslı olmayaraq müxtəlif texniki və inzibati işlərə cəlb
Mən 75000 manata inşa edilməsi üçün investisiya ayrılan və əslində 5-6min manata faktiki inşa edilən və 8 ildən sonra tam yarasız vəziyyətə düçən sözügedən poçt məntəqəsini inşa edən, lakin inşaat anlayışı belə  olmayan podratçıların cinayət əməllərinə hüquqi aiymət verilməsi üçün Ağsu Rayon Prokurorluğuna şikayət ərizəsi göndərilmişdim. Yerli Prokurorluqda məsləhət bildilər ki, göz görəsi bu cinayət işinə hüquqi qiymət vermək üçün gərək dövlətin müəssisəsi hesab olunan Rabitə və Nəqliyyat Nazirliyi səlahiyyətliləri qaldırlan məsələyə daxili araşdırma nəticəsində mütəxəssis rəyi versin. Əgər faktiki baş vermiş cinayəti nazirlik yerində yoxlama aparmaqla təsdiq edərsə ondan sonra prokurorluq araşdırmaya başlaya bilər. Amma nə qədər ki, Nazirliyin DRİ rəisi müavini vəzifəsini tutan E.M.Rəhimov postundadır, öz nüfuzundan istifadə edərək çətin imkan verə ki, dövlətin canavar kimi dağıdılmış və talan edilmiş 75000 manatların taleyi araşdırıla. Amma görünən kəndə bələdçi lazım olmadığı kimi kəndimizdə dğılmış poçt binasında törədilən iqtisadi cinayətləri də ört-basdır etməyə məncə şəns qalmayacaq. Və ya kimsə bu məsuliyyətin altına girməyəcək.Ona görə ümid edirik ki, Rabitə və Nəqliyyat Nazirliyi əməkdaşları fakta düzgün qiymət verəcəklər.
Sənəd və fotofaktlar
 Hörmətlə,                         A.A.Hacıyev,
24 yanvar 2021-ci il.
  

Paylaş