Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxəlıyev və Nizami Şirinov həbs edilib.
Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır:
“Ancaq sabiq generalların təqsiri gələcəkdə sübuta yetirilərsə, barələrində ittiham olunduqları Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2  294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 , 341.2.1, 341.2.3-cü maddələrinə əsasən, məhkəmənin ittiham hökmü çıxarıla bilər.
Təqsirləri sübuta yetirildiyi təqdirdə Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-cü maddələrinə görə şəxsləri on ildən on beş ilədək, 294.3-cü maddəsinə görə beş ildən yeddi ilədək, 311.3.1 3.11.3.2, 311.3.3, 311.3.4-cü maddələrinə görə səkkiz ildən on iki ilədək, 341.2.1, 341.2.3-cü maddələrinə görə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir”.

Qeyd edək ki, hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş