Rusiya və İran XİN rəhbərləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif müharibə sonrası Qarabağdakı nizamlanmada bölgə ölkələrinin rolunu müzakirə ediblər.
Korrupsiya.az xəbər verir ki, Sergey Lavrov bu barədə Tehranda aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında açıqlama verib.
“Münaqişənin nəticələrinin aradan qaldırılmasının və ümumiyyətlə uzunmüddətli siyasi və diplomatik həllinin ədalətli əsasda Azərbaycan və Ermənistan xalqlarının mənafelərinə uyğun olaraq əldə edilməsinin vacibliyini vurğuladıq və bu prosesdə bölgə ölkələrinin oynaya biləcəyi rolu nəzərdən keçirdik”,- deyə Lavrov qeyd edib.
Paylaş