Rusiya prezidenti Vladimit Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı keçirilib.

Korrupsiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, söhbət əsnasında prezidentlər Qarabağ məsələsini də müzakirə edib:
“Belarus prezidentinin Azərbaycana səfəri kontekstində Qarabağ məsələsi müzakirə olunub”.
Bundan başqa, V.Putin və A.Lukaşenko ikitərəfli münasibətləri müzakirə edib.
Paylaş