“Artıq bir müddətdir ki, açıq havada, xüsusilə ictimai yerlərdə maska taxmaq qərarı var. İctimai yer iki və daha çox şəxsin olduğu yerlərdir”.
Korrupsiya.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov “Real TV”yə bildirib.
“Biz küçəyə çıxarkən maska geyinməsək, kimləsə görüşürük, marketə daxil oluruq, maska taxmaq yaddan çıxacaq. Biz maska geyinməsək, nəqliyyat vasitələrində də maskasız olacağıq”, – deyə TƏBİB rəsmisi əlavə edib.
Paylaş