Azərbaycanda bir məhkəmənin dörd hakimində koronavirus aşkarlanıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri – Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19 testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsi faktı təsdiqləyib.

Paylaş