Korrupsiya.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin çıxışlarının birində söylədiyi “Hesab edin ki, o ağac kəsənlər mənim balalarımın başını kəsiblər” fikri bugün də bəzi özbaşına məmur və imkanlı şəxslərin sayəsində aktuallığını qoruyub saxlayır.

Bu dəfə Muğan Tv-ə ekologiyanın necə bərbad vəziyyətə salındığını, ölkə qanunlarını heçə sayan şəxslər haqqında şikayət daxil olub.
“Gördüyünüz bu yerdə 500-ə yaxın ağac kəsilib və yandırılıb. Yerdə isə ağacların kötükləri qalıb. Sakinlər gecə növbə duraraq kötüklərin daşınmasına icazə verməyiblər. Ərazini genişləndirib, qoyunlar üçün yer açıblar. Kənd sakinləri qoyunun iyisindən həyətə çıxa bilmirlər.
Kür qırağında səngər qazıblar. Bizim heyvanlarımız qazılan səngərə düşürlər. Heyvanlarımız səngərə düşüb ya ölürlər, ya da çaqallar yeyir. Kəndin 80 hektar ərazisi dörd bir tərəfdən səngərlə bağlıdır”.
Sabirabad rayonun Dadaşbəyli kənd sakinləri bildiriblər. Onlara deyirlər ki, Meşəbəyi Zahid bəy isə vəziyyətdən xəbərdar olsa da, şikayətə baxmır. Bütün kənd əhalisi Zahid bəydən şikayət edir.
2012-2013-cü illərdə bu ağaclar kəsilib. Gördüyünüz bu yerlər ağaclardan ibarət idi. Şikayətçi deyir ki, bu cür meşə qorumaq olmaz.
Hüseynov Firdovsi və Hüseynov Elnur meşədəki ağacları kəsib, yerinə yonca əkirlər. Qırmızı kitaba düşən 40 hektar ərazinin yulğunluq olan hissəsini məhv ediblər. Meşə zolaqları hamısı məhv edilib. Bütün ağacları gecə ilə yandırdılar ki, kənd sakinləri görməsin.
Gördüyünüz bu yerləri hamısını yandırdılar. 2010-cu ildən bu torpaqlarda əkin işləri gedirdi. Əvvəllər bu torpaqlar kənd sakinləri arasında bölünmüşdü. Biz nə iş istəmirik, nə də pul istəmirik. Bizim istəyimiz torpaqların kənd əhalisi arasında bölünməsidir. 50 hektar ərazidə bir nəfər torpaq əkir.
Kənd sakinlərin bir istəyi var ki, oda torpaq onların arasında bölünsün.
Şikayətçi deyir ki, meşə zolağında süni balıq gölü yaradılıb. Yulğunları məhv edib balıq saxlayırlar. Kənd sakini deyir ki, meşə zolağında belə şey olar? Kəndin içində min baş qoyun saxlayır. Üfunət iyisindən kənd camaatı kənddə otura bilmir. Kəndin içində ferma yaradıb. Zahid 3 min press götürüb bu ərazidən.
Əməkdaşımız meşəbəyi ilə əlaqə saxlasa da, ərazidə olmadığını iddia etdiyi halda sakinlər onu ərazidə müşahidə etdi.

https://youtu.be/tJfBaAh4jg4

Paylaş