Gələcəkdə xarici ölkə konsulluq nümayəndəliyinin Şuşada yerləşməsi zərurətə çevriləcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən xarici ölkə konsulluqlarının bəzilərinin Şuşada yerləşməsi təklifinə münasibət bildirərkən AMİP lideri Etibar Məmmədov deyib:
“Diplomatik təmsilçilik məsələsi iki ölkə arasında olan əlaqədən və tələbatdan asılıdır. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Naxçıvan isə Azərbaycan daxilində muxtar qurumdur.  Həmin bölgələrdə konsulluqların olması vacibdir. Çünki həmin yerlərə gəlib  gedənlər çox olur. Habelə konsulluq vasitəsilə görülən işlərin miqyası da böyük olur.
Gələcəkdə isə Qarabağa qayıdış həyata keçəndən, əhali geri qayıdandan, məskunlaşma baş verəndən sonra hansısa konsulluq nümayəndəliyinin Şuşada da olması zərurətə çevriləcək. Bu mümkündür”.
“Bu ölkələrarası münasibətlərdən asılıdır”

Bu fikirləri deyən Milli Məclisin deputatı Asim Mollazadə də səslənən təklifin gələcəkdə reallaşa biləcəyini deyib: “Bu ölkələrarası münasibətlər, habelə xarici ölkə nümayəndələrinin, məsələn turistlərin ora tez-tez gəlib getmələrilə bağlıdır. İlk olaraq yəqin ki, Şuşada Türkiyə konsulluğu açıla bilər”.

Paylaş