Azərbaycan Ordusunun Qarabağda irəliləməsi barədə yeni məlumat yayılıb. JAMAZ.İNFO Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ordumuz Ağdamın Gülablı kəndi ilə Xocalının sülhməramlıların nəzarəti altında olan Harov kəndi arasındakı 4 kilometrlik neytral ərazini nəzarətə götürüb.
Ərazidəki yüksəklik Azərbaycan tərəfinə Harov kəndi ilə yanaşı, 7,5 kilometr uzaqlıqda yerləşən Xankəndi şəhərini də vizual nəzarətə almağa imkan verir.
Sosial şəbəkələrdə yeni mövqelərdən açılan mənzərə ilə bağlı görüntülər də yayılıb.
Xatırladaq ki, aprelin 25-dən etibarən Azərbaycan Ordusu Ağdərə istiqamətində yerləşən Sırxavənd, Vəng və Heyvalı kəndləri istiqamətində də postlarımızı 1 kilometr irəli çəkib. Nəticədə, Ağdərə ilə Xankəndini birləşdirən Vəng-Heyvalı yolu Ordumuzun nəzarəti altına alınıb.

Paylaş